SON XƏBƏRLƏR

Bu qardaşlar İranda dar ağacından asılıb

2021.10.20, 07:36
Bu qardaşlar İranda dar ağacından asılıb

Gunaz.tv

GünAz TV: Bir ildən çoxdur İsfahan zindanında saxlanan məhbus qardaşlar Məhəmməd və Abdullah Fəthi mayın 17-də səhər dar ağacından asılıb.

GünAz TV mətbuat mərkəzinin  “Media forum”-a istinadən yaydığı məlumata görə,  Məhəmməd və Abdulla Fəthi 2010-cu ilin aprel ayında daha beş nəfərlə birlikdə Mazandaran əyalətinin Çalus şəhərində tutulmuşdular. İsfahan məhkəməsi saxlanan 7 nəfərin hamısını Allaha qarşı müharibədə, İran İslam Respublikasına (Cümhuriyyətinə) qarşı mübarizə aparmaq üçün siyasi təşkilat yaratmaqda və silahlı oğurluqda günahlandıraraq edama məhkum etmişdi. Məhkəmə daha sonra saxlananlardan beş nəfərinə bəraət versə də, Məhəmməd və Abdullah Fəthiyə çıxarılan ölüm hökmünü dəyişməmişdi.

Edam edilən qardaşların atası Bijən Fəthi iki gün əvvəl jurnalistlərə açıqlamasında oğlanlarının günahsız olduğunu vurğulayaraq hüquq müdafiəçilərindən onları ölümdən qurtarmaq üçün yardım istəmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar