SON XƏBƏRLƏR

Azərbaycan Ukrayna ilə birgə tank əleyhinə raketlər istehsal edəcək

2021.10.20, 07:36
Azərbaycan Ukrayna ilə birgə tank əleyhinə raketlər istehsal edəcək

Gunaz.tv

GünAz TV: Azərbaycan və Ukrayna “Skif” və “Baryer” tank əleyhinə idarə olunan raketlərin birgə istehsalını reallaşdıracaq.

Bu barədə APA-ya Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov məlumat verib.

Y.Camalovun sözlərinə görə, əvvəlcə bu istiqamətdə Cənubi Afrika Respublikasının (Cümhuriyyətinin) «Denel» şirkəti ilə müzakirələr aparılıb. Lakin “Denel”in təklifləri Azərbaycan tərəfini qane etmədiyindən danışıqlar uzanır.

“Bu raketlər həm helikopterlərdə qurula, həm də maşınların üzərindən atıla bilir. Bu, alternativ variant (seçənək) kimi bizi qane edir”, - deyə nazir vurğulayıb.

Y. Camalovun sözlərinə görə, mayın 17-18-də MSN-in ekspert (karşünas) qrupu Ukraynaya səfər edərək orada yerli istehsalla tanış olacaq. Bundan sonra “Luç” Konstruktor (tərrah) Bürosu ilə həmin raketlərin Azərbaycanda birgə istehsalına dair müqavilə imzalanacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar