SON XƏBƏRLƏR

Azərbaycanın “Eurovision-2011”-dəki qələbəsi Amerika mətbuatında

2021.10.20, 07:36
Azərbaycanın “Eurovision-2011”-dəki qələbəsi Amerika mətbuatında

Gunaz.tv

GünAz TV: “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Eldar Qasımov və Nigar Camalın 1-ci yerə çıxması, bütün dünyada olduğu kimi, Amerikanın kütləvi informasiya vasitələrinin də diqqətini cəlb edib.

AzərTAc-ın məlumatına görə, CNN, MSNBC kanalları, “Uol Strit Cornal”, “Tayms” və ABŞ-ın (Amerika Birləşmiş Ştatlarının) digər nüfuzlu media vasitələri ölkəmizin beynəlxalq musiqi səhnəsində parlaq qələbəsindən yazıb, “Eurovision-2012”-nin Azərbaycanın paytaxtı Bakıda keçiriləcəyini qeyd ediblər. Müsəlman dünyasının ilk operasının, ilk baletinin məhz Azərbaycanda səhnəyə qoyulduğu vurğulanıb, ölkəmizin zəngin mədəni irsindən söhbət açılıb, Azərbaycanın klassik milli musiqisi olan muğamın YUNESKO tərəfindən Bəşəriyyətin Mədəni İrsinin şedevri elan edilməsi diqqətə çatdırılıb.

Yerli “ABC” kanalı isə ABŞ paytaxtı Vaşinqtonda yaşayan Azərbaycan icmasının qələbə sevincini yayımlayıb. Bildirilib ki, Qafqazdan kənarda yaxşı tanınmayan, əhalisinin sayına görə dünyada 90-cı yeri tutan Azərbaycan “Eurovision” mahnı müsabiqəsində layiqli qələbə qazanıb. Bu, təkcə Bakıda deyil, Vaşinqtonda da vacib bir hadisə olub. Kanal qeyd edib ki, ABŞ paytaxtında yaşayan Azərbaycan mənşəli amerikalılar beynəlxalq müsabiqəni ekranlardan izləyərək, Azərbaycanda və bütün Avropada yaşayan həmvətənləri ilə bərabər seviniblər.

Azərbaycanın ABŞ-dakı səfirliyi hadisə ilə bağlı “Azərbaycan Avropanı fəth edir” başlıqlı press-reliz buraxıb. “ABC” kanalı onu da qeyd edib ki, “Eurovision” müsabiqəsinin gələn il Azərbaycanda keçirilməsi Bakıda möhtəşəm Heydər Əliyev Mərkəzinin açılışı ilə üst-üstə düşəcək. ABŞ Azərbaycanlıları Şəbəkəsinin direktoru Adil Bağırov gələnilki mahnı müsabiqəsini izləmək istəyən vaşinqtonlular üçün Şəbəkə tərəfindən məclis qurulacağına söz verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar