SON XƏBƏRLƏR

Libi diktatoru və oğlunun həbs edilməsi tələb olunur

2021.10.20, 07:36
Libi diktatoru və oğlunun həbs edilməsi tələb olunur

Gunaz.tv

GünAz TV: Beynəlxalq Cinayət Məhkəməsinin (BMC) prokuroru (dadistanı) Liviya (Libi) lideri Müəmmar Qəzzafi və iki digər şəxsin "insanlığa qarşı cinayət törətdikləri üçün" həbs olunmasını istəyib.

Lui Moreno-Okampo deyib ki, Qəzzafi, onun oğlu Seyf əl-İslam və kəşfiyyat rəhbəri Abdullah əl-Sanusi dinc əhaliyə qarşı "geniş yayılmış və sistematik hücumlara" görə məsuliyyət daşıyır.

Ancaq bu həbslərin baş tutması üçün öncə Beynəlxalq Cinayət Məhkəməsinin hakimləri onlar barəsində həbs orderi (sifarişi) imzalamaq qərarına gəlməlidirlər.

Liviya hökuməti bu bəyanata məhəl qoymayacağını deyib.

Xarici işlər nazirinun müavini Xalid Kaim deyib ki, məhkəmə Avropa İttifaqının Afrika siyasətçiləri və liderləri üçün yaradılmış alətidir və onun fəaliyyəti sual altına alınmalıdır.

Bir çox Afrika ölkələri və ABŞ (Amerika Birləşmiş Ştatları) kimi Liviya da BCM-nin yurisdiksiyasını (məhkəmə səlahiyyətini) tanımır və hər hansı bəyanatı ciddyə almayacaq, deyə o əlavə edib.

 

"Böyük cinayət məsuliyyəti"

 

Bundan öncə cənab Moreno-Okamponun ofisi deyib ki, 1200-dən artıq sənəd və şahidlər və Liviyadan olan şəxslərin müsahibələrinə baxdıqdan sonra o, bazar ertəsi günü BCM-nin Məhkəməqabağı palatasından 3 nəfərə həbs cəzası barədə qərar verilməsini istəyəcək.

 

Qəzzafi və digər iki şəxs insanlığa qarşı cinayətlərin iki kateqoriyası (rədə)-qətl və təqib üzrə cinayətlər törətməkdə şübhəli bilinirlər.

 

İttihamlar fevralın 15-də anti-hökumət nümayişləri başlayandan sonrakı günləri əhatə edir. BBC

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar