SON XƏBƏRLƏR

Suriyalılar Livana (Lübnana) sığınır

2021.10.20, 07:36
Suriyalılar Livana (Lübnana) sığınır

Gunaz.tv

GünAz TV: İki aydan çoxdur gərginliyin davam etdiyi Suriyada atışmalar səngimir. Artıq Suriyalılar Livana (Lübnana) sığınır. Sərhəddə 6 nəfər öldürülüb.

İnsan Haqları Təşkilatları Livan sərhədi yaxınlığındakı Talkalak qəsəbəsində bazar günü baş verən toqquşmalarda 6 nəfərin öldüyünü açıqlayıb. Verilən məlumata görə, Livan sərhədini keçməyə nail olan iki nəfər də öldürülüb. Onlardan biri əsgərmiş.

GünAz TV mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, Humus şəhərinə bağlı Talkalak qəsəbəsində hərbi əməliyyatın davam etdiyi bildirilib.

İnsan haqları təşkilatları yüzlərlə suriyalının ölkədəki vəziyyətdən canını qurtarmaq üçün Livana sığındığını bildiriblər.

Talkalak qəsəbəsinə giriş və çıxışların əsgərlər tərəfindən tutulduğu və qəsəbənin telefon xətlərinin kəsildiyi üçün bölgədə yaşananlarla bağlı yetərli məlumat almağın mümkünsüz olduğu bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar