SON XƏBƏRLƏR

AMAT və GAİP Milli Qiyamın ildönümünü Stokholmda birgə keçirəcəklər

2021.10.20, 07:36
AMAT və GAİP Milli Qiyamın ildönümünü Stokholmda birgə keçirəcəklər

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda 2006-cı il may ayında (1385-ci xordad ayında) baş verən Milli Qiyamın ildönümü münasibəti ilə Stokholmun mərkəzi meydanında informasiya kompaniyası keçirəcəklər.

Bu informasiya kompaniyası AMAT ( Azərbaycan Milli Azadlıq Təşkilatı ) və GAİP - ın ( Güney Azərbaycan İstiqlal Partiyası) təşəbbüsü ilə həyata keçiriləcək. Bu tədbirdə Milli Qiyamda şəhid olanların, yaralananların və həmçinin zindanda olan siyasi məhbusların fotolarından ibarət sərgi nümayiş etdiriləcək. Əvvəlcədən hazırlanmış Güney Azərbaycanın acınacaqlı durumu ilə bağlı çoxlu sayda bildiriş gəlib- gedən ictimaiyyət nümayəndələrinə paylanancaq.

Stokholmda yaşayan bütün soydaşlarımızdan təşkilatçılar tərəfindən xahiş olunur ki, bu informasiya kompaniyasında yaxından iştirak etsinlər. Biz heç birimiz unutmamalıyıq ki, burda iştirak etməklə zindanda ağır işgəncə altında olan soydaşlarımızın azadlığı üçün az da olsa yardım etmiş oluruq.

Tarix: 22 may 2011-ci il, bazar günü

Zaman: saat 15:00-dan -- 17:00-a qədər.

Məkan: Sergels torg

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar