SON XƏBƏRLƏR

Azərbaycanlı insan haqları fəalı Səid Nəimi Təbriz zindanına köçürülüb

2021.10.20, 07:36
Azərbaycanlı insan haqları fəalı Səid Nəimi Təbriz zindanına köçürülüb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı insan haqları fəalı, vəhdəti möhkəmləndirən dairələrin siyasi şurasının üzvü cənab Səid Nəimi Təbriz zindanına köçürülüb.

 

Təbriz zindanının təknəfərlik kamerasına (sellul) köçürülən insan haqları fəalı 2011-ci il may ayının 9-da (ordibeheştin 19-da) Kərəc şəhərində tutuqlanıb.

 

“Ədvar news”un məlumatına əsasən, təhlükəsizlik qüvvələri adını çəkdiyimiz fəalı yaxalarkən onu döyüblər.

 

Hələlik onun yaxalanması və Təbriz zindanına köçürülməsi barədə heç bir məlumat açıqlanmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar