SON XƏBƏRLƏR

Bu gün “Traxtur” taxımı öz rəqibi ilə qarşılaşacaq

2021.10.20, 07:36
Bu gün “Traxtur” taxımı öz rəqibi ilə qarşılaşacaq

Gunaz.tv

GünAz TV: Bu gün (mayın 15-i , ordibeheştin 25-i) Güney Azərbaycanlıların sevimli futbol taxımı “Traxtur”-la “Saypa” qarşılaşacaq.

 

İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 33-cü həftəsində keçirilən müsabiqə Təbrizin səhənd stadiomunda (stadionunda) baş tutacaq.

 

Təbriz vaxtı ilə saat 18:00-da başlayacaq müsabiqəni GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

 

Xatırladaq ki, bir neçə gün öncə mayın 15-i (ordibeheştin 25-i) ilə bağlı Təbrizdə CD-lər yayılmışdır. Yayılan CD-də Azərbaycan xalqı, xüsusi ilə “Traxtur” tərəfdarları Urmu Gölünün quruması ilə bağlı 2 aprel-də (13 fərvərdin-də) keçirilən Etiraz Göstərisində tutuqlananlar, milli-mədəni fəalların həbsi və İran Futbol Federasiyasının (federasiyonun) Azərbaycan taxımları “Traxtur” və “Qostərəşe Fulad”la bağlı qərəzli mövqeinə qarşı, Etiraz Aksiyasına (yürüşünə) çağırılmışdır. Yürüş “Traxtur-Saypa” müsabiqəsi son çatdıqdan sonra gözlənilir.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar