SON XƏBƏRLƏR

Suriyada “Azad qadın cüməsi”: Ən azı 1 nəfər öldürülüb

2021.10.20, 07:36
Suriyada “Azad qadın cüməsi”: Ən azı 1 nəfər öldürülüb

Gunaz.tv

GünAz TV: Suriyada prezident Bəşər Əsadın nümayişçilərə atəş açılmamasına dair təlimat verdiyi haqda xəbərlərə baxmayaraq dünən  cümə namazından sonra keçirilən mitinq yenə qanlı bitib.

Humus şəhərində polisin açdığı atəş nəticəsində bir nəfərin öldüyü bildirilib.

Buna baxmayaraq ölkənin bir çox yerlərində müxaliflər etiraz aksiyalarını (yürüşlərini) davam etdiriblər. Mərkəzi yerlərdə təhlükəsizlik tədbirləri daha ciddi olduğundan xalq kənar məhəllələrdə və kəndlərdə toplanıb.

GünAz TV mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, Kürdlərin çoxluqda olduğu şimaldakı Qamışlı şəhərində 3 min insanın aksiyaya çıxdığı bildirilir.

Nümayişçilər həbs edilən qadın aktivistləri (fəalları) dəstəkləmək üçün bu günə "Azad Qadın Cüməsi" adını veriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar