SON XƏBƏRLƏR

Libi diktatoru iki həftəyə diz çökəcək

2021.10.20, 07:36
Libi diktatoru iki həftəyə diz çökəcək

Gunaz.tv

GünAz TV: Diktatorun təmsil etdiyi «Qadadaf» tayfasının üzvləri  üsyançılara tam dəstək verdi.

NATO təyyarələri ötən sutka ərzində (24 saatda) Liviya (Libi) üzərində 52 döyüş uçuşu həyata keçiriblər. Reydlər (hücumlar) zamanı bir neçə tank, raket qurğusu və silah anbarları məhv edilib. Ümumilikdə əməliyyat başlayandan bu yana NATO aviasiyası (havacılık, həvanəvərdi) 2512 döyüş uçuşu həyata keçirib. Həmçinin Aralıq dənizində 20 döyüş gəmisi patrul xidməti (gəşt) ilə məşğuldur.

İndiyədək Liviyaya qarşı sanksiyalar (təhrimlər) çərçivəsində 905 gəmi yoxlamadan keçirilib. Bu arada Muammar Qədafinin öz qohumları da ondan üz döndərməyə başlayıb. Diktatorun əmisi oğlu Əhməd Qəddaf əd-Dam hər ikisinin mənsub olduğu «Qadadaf» ərəb tayfasına müraciət edərək onları Liviya müxalifətinə qoşulmağa çağırıb. «Azad Liviya sizi qəbul etməyə hazırdır»,- deyə Qəddaf əd-Dam Qətərin paytaxtı Dohada keçirilən «Liviya inqilabçıları» konfransında deyib. O həmçinin əlavə edib ki, qiyamçılar bu tayfanın üzvələrinə hörmətlə yanaşırlar və onları öz sıralarında görməyə şad olacaqlar. Konfransın yekun sənədində Müvəqqəti Milli Şuranın rəhbəri Mustafa Abdul Cəlilə tam dəstək ifadə edilib və Qəddafi rejiminin Liviyanın azadlığı uğrunda döyüşənlərin arasına nifaq salmaq səylərinə qarşı dayanmadan mübarizə aparmağın zəruriliyi vurğulanıb. Qiyamçılar isə Tripoli (Trablos) istiqamətində irəliləməkdə davam edirlər. Paytaxtın daxilində də vəziyyət Qəddafi üçün ürəkaçan deyil. Qiyamçıların son günlər qazandığı döyüş qələbələri Tripolidə də Qəddafi əleyhdarların fəallaşdırıb. Artıq paytaxtda da döyüşlər gedir. Dünya mediasında yer alan qiymətləndirmələrə görə, Qəddafi rejiminin sonuna maksimum 2 həftə qalıb. Bizim yol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar