SON XƏBƏRLƏR

Yeni xəbər: “Məmurlar Əkbər Azadı yaxalamağa nail olmayıblar”

2021.10.20, 07:36
Yeni xəbər: “Məmurlar Əkbər Azadı yaxalamağa nail olmayıblar”

Gunaz.tv

GünAz TV: “Azərbaycan Öyrənci Günü” (9 may , 19 ordibeheşt) münasibəti ilə düzənlənən mərasimdə yaxalan tanınmış fəal Əkbər Azad haqqında yeni xəbər yayılıb.

 

Güney mətbuatına əsasən may ayının 13-də (ordibeheştin 23-də) Tehran universitetləri türk öyrəncilərinin Aharda düzənlədiyi öyrənci mərasimi İran Keşikçilər Korpusu (SEPAH) üzvlərinin hücumuna məruz qalıb. İlk öncə məmurlar Əkbər Azadı bir neçə öyrənci ilə birlikdə yaxalayıblar. Lakin 700 nəfərdən çox deyilən mərasim iştirakçıları zorakılıq edən məmurlara müqavimət göstərib və “Biz ölməyə hazırık  - Babəkin sərbazıyıq”, “And ola Sattarxana – Qan salarıq Tehrana” və...  kimi şüarlar səsləndiriblər.

 

Öyrəncilərin müqaviməti nəticəsində yaxalanan mərasim iştirakçıları o cümlədən cənab Əkbər Azad, hökumət qüvvələrinin avtomobilinə mindirilən zaman onların əlindən azad ediliblər.

 

Başqa məlumata görə, hökumət qüvvələri öyrəncilərə qarşı havaya atəş açıblar.

Həmçinin məmurlar bir neçə öyrəncinin yaxalamasına nail olublar. Yaxalanan öyrəncilər ən yaxın polis məntəqəsinə aparılıblar. onların kimliyi barədə hələlik heç bir məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar