SON XƏBƏRLƏR

Əkbər Azad bir neçə azərbaycanlı fəalla birlikdə yaxalanıb

2021.10.20, 07:36
Əkbər Azad bir neçə azərbaycanlı fəalla birlikdə yaxalanıb

Gunaz.tv

GünAz TV: “Azərbaycan Öyrənci Günü” (9 may , 19 ordibeheşt) münasibəti ilə düzənlənən tədbirdə cənab Əkbər Azad bir neçə milli-mədəni fəalla birlikdə yaxalanıb.

 

2011-ci il may ayının 13-ü (ordibeheştin 23-ü) Tehran universitetlərinin türk öyrənciləri tərəfindən Aharda düzənlənən mərasimə 700 nəfərdən çox öyrənci qatılıb. Bəzi məlumatlara görə, təhlükəsizlik orqanları belə bir mərasimin keçiriləcəyini öncədən bilib və mərasimlə bağlı xüsusi tədbirə hazırlaşıblar.

 

Güney saytlarının məlumatına əsasən İnqilab Keşikçiləri Korpusu (SEPAH) üzvləri atəş açaraq tədbir iştirakçılarına hücum edib və mərasimdə qonaq qismində iştirak edən cənab Əkbər Azadı bir neçə başqa iştirakçı ilə birlikdə yaxalayıblar. Hələlik tutuqlananlar barədə geniş məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar