SON XƏBƏRLƏR

Azərbaycanli fəal Əlirza Fərşi tutuqlanıb

2021.10.20, 07:36
Azərbaycanli fəal Əlirza Fərşi tutuqlanıb

Gunaz.tv

GünAz TV: İran rejimi milli-mədəni fəallara qarşı təzyiqləri davam etdirir. Həbslərin davamında tanınmış azərbaycanlı fəal cənab Əlirza Fərşi tutuqlanıb.

 

Məlumata görə, Cənab Fərşi dünən cümə günü (mayın 13-ü , ordibeheştin 23-ü) günorta vaxtı qonşularının gözü qarşısında yaxalanıb.

 

O yaxalanarkən “Türk dilində mədrəsə” şüarını yüksək səslə səsləndirib və bu şəkildə müqavimət göstərdikdən sonra yaxalanıb.

 

Xatırladaq ki, cənab Fərşi və onun həyat yoldaşı Sima Didar azərbaycanlı fəalların tanınmış simalarından sayılırlar. Hazırda xanım Didar zindanda məhbus həyatı yaşamaqdadır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar