SON XƏBƏRLƏR

Suriyada qanlı toqquşmalar davam edir

2021.10.20, 07:36
Suriyada qanlı toqquşmalar davam edir

Gunaz.tv

GünAz TV: Suriyanın təhlükəsizlik qüvvələri Deraa və Duma şəhərlərinə daxil olub. Evlərdə axtarışlar aparılır, küçəyə çıxanlara atəş açılır.

Suriya ordusunun hərbçiləri tanklar və zirehli texnikanın köməyi ilə ölkənin cənubunda günlərdir etiraz aksiyalarının (yürüşlərinin) davam etdiyi Deraa şəhərinə daxil olub. Səhər saatlarında şəhərə daxil olan hərbçilərin atəş açıdığı, beş nəfərin öldürüldüyü və çox sayda insanın yaralandığı xəbər verilir.

Şəhər sakinlərinin verdiyi məlumata görə məscidlərin minarələrindən kömək səsləri eşidilir. Hərbçilərin bütün evlərə daxil olaraq axtarışlar apardıqları, küçəyə çıxan şəxslərə isə atəş açdıqları bildirilir. Hətta insanların susuz qalması üçün evlərin damındakı su çənlərinin də yararsız hala salındığı xəbər verilir.

Bəşər Əsədə sadiq təhlükəsizlik qüvvələri bu səhər paytaxt Dəməşq yaxınlığındakı Duma şəhərində də silahsız insanlara atəş açıb və onlarla insanı həbs edib. Duma və Deraa şəhərlərinə hərbçilərin axını heç bir nümayiş keçirilmədiyi vaxt başlanıb.

Şəhərlərdə rabitə əliqəsi də kəsilib. Müxalifət nümayəndələrinin sözlərinə görə bu, qarışıqlığın yatırılmasında hərbçilərin birbaşa cəlb olunması ilə bağlı ilk haldır.

Suriya ordusunun Xauran vilayətinin inzibati mərkəzi sayılan Deraada baş qaldırmış üsyanın yatırılması əməliyyatına başlamasından sonra İordaniya ilə sərhəd bağlanıb. Livan (Lübnan) və İraqla sərhədlərdə də nəzarət gücləndirilib.

 

Qeyd edək ki, Suriyanın rəsmi mənbələri etirazçıların qonşu ölkələrdən silah, əlaqə vasitələri və pul ilə təmin olunduğunu iddia edirdi. Ans press

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar