SON XƏBƏRLƏR

Amerikada Türkiyə səfirliyi qarşısında 24 aprel Göstəriləri (FOTOLAR)

2021.10.20, 07:36
Amerikada Türkiyə səfirliyi qarşısında 24 aprel Göstəriləri (FOTOLAR)

Gunaz.tv

GünAz TV: Ermənilərin anım-etiraz aksiyalarına (yürüşlərinə) qarşılıq Vaşinqton və Amerikanın digər şəhərlərində yaşayan türklər və azərbaycanlılar Türkiyə səfirliyinin qarşısına toplaşaraq ermənilərin iddia etdiyi soyqırımın yalan olduğunu ifadə etməyə çalışıblar.

GünAz TV mətbuat mərkəzinin “Amerikanın səsi”-nə istinadən yaydığı məlumata görə, aprel ayının 24-ü Türkiyənin Vaşinqtondakı səfirliyinin qarşısında hər il olduğu kimi erməni mənşəli amerikalıların etiraz-anım aksiyası keçirilib. Erməni-amerikalılar aprelin 24-də saat 3 radələrində səfirliyin qarşısında toplaşaraq 1915 ildə baş verdiyini iddia etdikləri erməni qırğınını anmağa çalışıblar. Ermənilərin bu addımına qarşılıq Vaşinqton və ABŞ-ın (Amerika Birləşmiş Ştatlarının) digər şəhərlərində yaşayan türk və azərbaycanlılar Türkiyə səfirliyinin qarşısına toplaşaraq ermənilərin iddia etdiyi soyqırımın yalan olduğunu ifadə etməyə çalışıblar.

“Amerikanın səsi”nin tədbirin təşkilatçılarına istinadən verdiyi məlumata görə, tədbirin bazar günü keçirilməsinə baxmayaraq ermənilərin səfirliyin tam önündəki səkidə mövqe tuta bilməməsi üçün cümə günü axşam saatlarından səfirliyin qarşısında gecələyərək istəklərinə nail olublar.

Hər iki tərəfdən bir neçə yüz insan aksiyalarda iştirak edib. Aksiyalar heç bir qarşıdurma baş vermədən sona çatıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar