SON XƏBƏRLƏR

ASALA (Erməni terror təşkilatı) Türkiyənin diplomatlarını yeni terrorlarla hədələyib

2021.10.20, 07:36
ASALA (Erməni terror təşkilatı) Türkiyənin diplomatlarını yeni terrorlarla hədələyib

Gunaz.tv

GünAz TV: Türkiyə mətbuatında verilən xəbərə görə, erməni terror təşkilatı ASALA Türkiyənin Tbilisidəki səfirliyinə təhdid məktubu göndərərək, Ankaranı Dağlıq Qarabağ probleminin həlli məsələsində Azərbaycanı dəstəkləməkdən əl çəkməsi üçün hədələyib.

GünAz TV mətbuat mərkəzinin "AzərTAc" agentliyinə istinadən yaydığı xəbərə görə, məktubda deyilir: "Prosesdən çəkilin, yoxsa tamamlanmayan işi tamamlarız". Erməni terror təşkilatı 1973-1984-cü illərdə türk diplomatlarına qarşı terror aktlarının (əməllərinin) davam edəcəyinə işarə edib.

Ermənilərin 24 aprel - qondarma "soyqırım" ərəfəsində Türkiyənin Fransa və Kanada səfirliklərinə də məktublar göndərdiyi bildirilir. Bununla bağlı Türkiyə Milli Kəşfiyyat İdarəsi araşdırmalar aparır. Türkiyə səfirlikləri də təhlükəsizlik tədbirlərini gücləndirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar