SON XƏBƏRLƏR

Tehran və Təbriz divarları üzərində “Sima Didarı azad edin” şüarı

2021.10.20, 07:36
Tehran və Təbriz divarları üzərində “Sima Didarı azad edin” şüarı

Gunaz.tv

GünAz TV mətbuat mərkəzinin “Öyrənci”-yə istinadən yaydığı məlumata görə, Tehran və Təbriz şəhərlərində azərbaycanlı xanım Sima Didarın azadlığı geniş miqyasda tələb olunur.

 

Məlumata görə, Tehranın cənub məntəqələrində “Sima Didarı azad edin” və “Yardım edin Sima Didar Təbriz zindanından azad olsun” kimi afişara (pusterlər) bir çox divarın üzərində görünməkdədir.

 

Həmçinin Təbriz şəhərində də oxşar mətnlərlə yüzlərlə divarın üzərində afişalar (pusterlər) müşahidə olunmaqdadır.

 

Xatırladaq ki, xanım Didar 2011-ci il aprel ayının 16-da (fərvərdinin 27-i) yaxalanıb və barəsində 6 aylıq həbsə dair çıxarılan hökmün icrası üçün Təbriz zindanına aparılıb.

 

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar