SON XƏBƏRLƏR

Azərbaycanın Xalq şairi Balaş Azəroğlunun vəfatı münasibəti ilə BAŞSAĞLIĞI

2021.10.20, 07:36
Azərbaycanın Xalq şairi Balaş Azəroğlunun vəfatı münasibəti ilə BAŞSAĞLIĞI

Gunaz.tv

GünAz TV: Azərbaycanın ədəbiyyat və siyasi-ictimai sahəsində öz fəaliyyətlərinə görə böyük çəkiyə malik olan Balaş Azəroğlunun dünyasını dəyişməsi bütün azərbaycanlılar kimi bizi də dərindən sarsıdıb.

 

Həyatını Azərbaycana həsr etmiş unudulmaz şair 90 illik ömrünün ağır hissəsini Güney Azərbaycanın milli hüquqları uğrunda mübarizəyə sərf edib.

Bu ağır itki münasibəti ilə xalqımıza başsağlığı verib, Ulu Tanrıdan ona rəhmət və ailə üzvlərinə səbir diləyirik.

 

Xatırladaq ki, Azərbaycanın Xalq şairi, Azərbaycan Demokrat Firqəsinin mərkəzi komitəsinin üzvü, Azərbaycan Milli Hökumətinin nümayəndəsi, görkəmli siyasi-ictimai xadim və Azərbaycan yazıçılar birliyinin Güney üzrə katibi hörmətli Balaş Azəroğlu 2011-ci il aprel ayının 24-də (1390-cı il ordibeheşt ayının 4-ü) Bakıda dünyasını dəyişib.

ALLAH rəhmət eləsin

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar