SON XƏBƏRLƏR

Ermənistanda Türkiyə bayrağı yandırıldı

2021.10.20, 07:36
Ermənistanda Türkiyə bayrağı yandırıldı

Gunaz.tv

GünAz TV: Ötən axşam İrəvanda qondarma “erməni soyqırımı” iddialarının ildönümü ilə bağlı mitinq və məşəl yürüşü keçirilib.

Ermənistan mətbuatının məlumatına görə, minlərlə adam bayraq və şüarlarla İrəvannın mərkəzinə toplaşıb. Onlar “soyqırımı” abidəsinə yollanıblar və bütün gecəni orada keçirəcəklər.

GünAz TV mətbuat mərkəzinin “Ans press”-ə istinadən yaydığı məlumata görə,  Erməni gənclər yürüşdən əvvəl Türkiyə bayrağını yandırıblar və bayrağın alovu ilə məşəlləri alışdırıblar.

Yürüq iştirakçıları qarşısında çıxış edən “Daşnaksütyun” partiyasının büro üzvü Vaan Ovannisyan bildirib ki, məşəl yürüşü erməni xalqının həmrəylik simvoludur. “Bizə türklərin saxta üzrxahlığı lazım deyil”, - deyən daşnak liderin sözlərinə görə, Türkiyə itkiləri kompensasiya (cobran) etməlidir və ədalət bərpa olunmalıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar