SON XƏBƏRLƏR

Nikola Sarkozi və Devid Kemeron Benqaziyə səfər edəcəklər

2021.10.20, 07:36
Nikola Sarkozi və Devid Kemeron Benqaziyə səfər edəcəklər

Gunaz.tv

GünAz TV: Fransa prezidenti Nikola Sarkozi Böyük Britaniyanın Baş naziri Devid Kemeronla birlikdə Liviyada (Libidə) üsyançıların forpostu olan Benqazi şəhərinə gedəcək.

Səfərin tarixi açıqlanmır, yalnız mayın birinci ongünlüyündə reallaşacağı bildirilir. Hazırda səfərə hazırlıqlar gedir.

Xatıqladaq ki, məhz Paris Benqazidəki üsyançıların yaratdığı hökuməti ilk olaraq tanıyıb.

NATO təyyarələri isə şənbə günü Liviyanın paytaxtı Tripoliyə (Trablosa) növbəti dəfə zərbələr endirib. Hərbi əməliyyatlar zamanı 3 nəfərin həlak olduğu xəbər verilir. İTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar