SON XƏBƏRLƏR

Moskvada Azərbaycan, Rusiya və Ermənistan Xarici İşlər Nazirlərinin görüşü keçirilib

2021.10.20, 07:36
Moskvada Azərbaycan, Rusiya və Ermənistan Xarici İşlər Nazirlərinin görüşü keçirilib

Gunaz.tv

GünAz TV: Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçirilib.

Rusiya Xarici İşlər Nazirliyinin internet saytının yaydığı məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müzakirələr aparılıb.

Məlumata görə, Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan bu ilin martın 5-də (Marc) Soçidə keçirilən üçtərəfli sammitdə (zirvə, görüş) əldə olunmuş anlaşmalara uyğun olaraq Qarabağ nizamlanması ilə bağlı aktual (fori, zəruri) məsələlərə toxunub.

Xatırladaq ki, bu ilin martın 5-də Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçidə keçirdikləri görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri (çeşməndaz), atəşkəs rejiminin möhkəmləndirilməsi və etimad tədbirləri müzakirə edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar