SON XƏBƏRLƏR

Yəməndə 20 hərbçi öldürülüb

2021.10.20, 07:36
Yəməndə 20 hərbçi öldürülüb

Gunaz.tv

GünAz TV: Yəmən ordusunun 20 hərbçisi silahlılar tərəfindən qətlə yetiriliblər. Bu barədə ölkənin müdafiə nazirliyindən məlumat veriblər.

 

Məlumata görə, ölkənin şərqində «Əl-Kaidə» silahlıları Mareb şəhəri ətrafında pusqu quraraq hərbi patrula hücum ediblər. Nəticədə 11 hərbçi qətlə yetirilib.

 

Marebdən şimalda ordu və tayfalardan biri arasında döyüş baş verib. İki hərbçi həlak olub, ikisi isə yaralanıb, 30 hərbçi əsir düşüb.

 

Yəmənin cənubunda başqa bir tayfa ilə döyüşdə 6 hərbçi öldürülüb. Zincibar şəhərində naməlum şəxslər əsgəri güllələyiblər.APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar