SON XƏBƏRLƏR

Əhmədinejadı dəstəkləyən saytların istifadəsinə qadağa qoyulub

2021.10.20, 07:36
Əhmədinejadı dəstəkləyən saytların istifadəsinə qadağa qoyulub

Gunaz.tv

GünAz TV: Tehrandakı hakimiyyət düşərgəsindəki qarşıdurma getdikcə gərginləşir?

 

Milli.Az xəbər portalı "Milliyet"ə istinadən bildirir ki, İranda kəşfiyyat nazirinin vəzifəsindən kənarlaşdırılması ölkə prezidenti Mahmud Əhmədinejad ilə ali dini lider, ayətulla Əli Xamneyi arasındakı münasibətləri sərinləşdirib.

Bu sərinləşmə media müstəvisinə də çıxıb.

Belə ki, M .Əhmədinejadı dəstəkləyən bir çox saytlara daxil olmaqda ciddi problemlər yaranıb.

Aralarında "Doleteyar.com", "mahramanenews.com", "bakerionline.ir", "rahva.ir" və "penhannews.com"'un da olduğu bir çox sayta İrandan daxil olmaq mümkün deyil.

İranın kəşfiyyat nazirinin vəzifədən kənarlaşdırılmasından sonra həmin saytlar prezident M.Əhmədinejadın qərarını dəstəkləyərək ayətulla Xamneyi tərəfdarlarına qarşı sərt açıqlamalar vermişdilər.

 

İş o yerə çatıb ki, İranın rəsmi dövlət informasiya agentliyi İRNA-nı belə, ayətulla Xamneyinin tərəfdarı olan media quruluşları sərt tənqid edirlər.

 

Ötən bazar günü İranın kəşfiyyat naziri Heydər Muslihi tutduğu vəzifədən istefa vermiş, onun ərizəsini də Mahmud Əhmədinejad qəbul etmişdi. Lakin ali dini lider ayətulla Əli Xamneyi nazirin vəzifəsində qalaraq işinə davam etməsini istəmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar