SON XƏBƏRLƏR

İranda qanlı qarşıdurma baş verib

2021.10.20, 07:36
İranda qanlı qarşıdurma baş verib

Gunaz.tv

GünAz TV: Aprelin (aprilin) 21-də İranın Kürdüstan əyalətinin mərkəzi Sənəndəc şəhərinin yaxınlığında silahlı müxalif kürdlərlə hökumət qüvvələri arasında baş verən qanlı qarşıdurmada bir neçə nəfər həlak olub.

GünAz TV mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı  məlumata görə, İranın hökumət saytlarının yaydığı məlumatlarda bildirilir ki, qarşıdurma saat 16-da Sənəndəc şəhərinin 5 kilometrliyində yerləşən Həsənabad kəndində bəzi müxalif kürdlərin hüquq mühafizə qüvvələrinə silahlı hücumundan sonra baş verib.

 

Qarşıdurma saat 23-ə qədər davam edib. Hücumçulardan bəziləri qaranlıqdan faydalanaraq hökumət qüvvələrinin mühasirəsini yarıb hadisə yerindən qaça bilsə də, onlardan bir neçə nəfəri öldürülüb, yaralananlar da var.

 

Hüquq mühafizə qüvvələrinə hücumu “yerli əksinqilabçı qruplaşmalar”ın törətdiyini bildirən İran mənbələri hadisədə öldürülənlərin kimliyi və hansı kürd təşkilatına bağlı olması barədə məlumat yaymayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar