SON XƏBƏRLƏR

Bir qrup öyrənci Professor Zehtabinin məzarını ziyarət edib

2021.10.20, 07:36
Bir qrup öyrənci Professor Zehtabinin məzarını ziyarət edib

Gunaz.tv

GünAz TV: 2011-ci il aprel ayının 22-də (1390-cı il fərvərdin ayının 2-i) 200 nəfərdən çox öyrənci soydaşımız Güney Azərbaycanın Şəbistər şəhərinə gediblər.

 

Təbriz, Urmu, Ərdəbil, Zəncan və Qoşaçay universitetlərindən unudulmaz alim Professor Məhəmmədtağı Zehtabinin məzarinin ziyarətinə gələn öyrəncilər, ilk öncə Çenevan kəndində gəzintiyə çıxıb sonra Mişo parkına yollanıblar.

 

Mişo parkında bir neçə öyrənci, həmçinin İbrahim Savalan, Hadi Həmidi və Səadəti kimi milli-mədəni fəallar tərəfindən çıxışlar olub, milli müsiqi parçaları dinlənilib və şeirlər səsləndirilib.

 

Öyrəncilər arasında xanım soydaşlarımızın sayı da çox olub. Mərasimin sonunda Öyrəncilər mərhum Professor Məhəmmədtağı Zehtabinin məzarı üstünə yollanıb və onun əziz xatirəsini yad ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar