Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib
Dövlət əleyhinə açıq çağırışlar yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib
Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi
Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
İranı dərhal tərk edin!- ABŞ xəbərdarlıq etdi
Kərəc həbsxanasında siyasi məhbus öldürülüb
Müharibə ehtimalı İranda biznes fəaliyyətini iflic edir — deputat
Munir Tehrana səfər edəcək
Ərəb körfəzi ölkələri husiləri terror təşkilatı kimi tanımağa çağırıb
Sergey Lavrov Tehranda İranın xarici işlər naziri ilə görüşəcək
Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
“Mələvan” və “Traxtur” komandalarının oyunu azarkeşlərin Güney azərbaycanlı türklərin kimliyinə qarşı irqçi şüarlarına görə ləğv edildi
Mehrdad Əxlaqi İranın müdafiə naziri oldu
GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, Qafqaz Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Araz Aslanlıdı.
- Amerika rəsmilər bu günlərdə İran-Ermənistan arasında imzalanan sazişə baxılacağı ilə bağlı məlumat yayıblar. Sizcə, bu, rəsmi İrəvan üçün nə ilə nəticələnə bilər?
- Bu ABŞ-ın (Amerika Birləşmiş Ştatlarının) İranla bağlı təcrid siyasətinin təbii nəticəsidir. Xüsusilə BMT-nin (Birləşmiş Millətlər Təşkilatının) və digər beynəlxalq təşkilatların yeni sanksiya qərarlarından sonra bu cür sazişlərə ABŞ-ın daha həssas yanaşacağı gözləniləndir. Aparılacaq araşdırmaların ABŞ-Ermənistan münasibətlərində çox ciddi nəticələr yaratması ehtimalı zəifdir. Amma əvvəlki illərdə də bir neçə dəfə yaşandığı kimi bu araşdırmalar nəticəsində xüsusilə İranın nüvə proqramına dəstək xarakterli məlumatlar əldə olunsa təbii ki, bu, Ermənistanın imicinə mənfi təsir edəcək və ABŞ-da Ermənipərəst siyasətçilərin mövqelərinin də zəifləməsinə səbəb olacaq.
- Ancaq buna baxmayaraq, Konqres Qarabağda mövcud olan separtçı rejimə maddi yardım edir. Bundan sonra Konqresin separtçı rejimə maddi yardımı dayandırması mümkündürmü?
- Əslində bu yardımın heç göstərilməməlidir. Artıq dəfələrlə qeyd olunduğu kimi heç bir dövlət, o cümlədən ABŞ Azərbaycanın bir hissəsini xüsusi olaraq götürüb ora yardım ayıra bilməz, eyni zamanda bu yardımı Azərbaycan rəhbərliyi ilə razılaşdırmadan birbaşa həyata keçirə bilməz. Əgər ABŞ hansısa xüsusi haldan danışırsa və Azərbaycan da bu xüsusi hal ilə müəyyən dərəcədə razılaşmaq məcburiyyətindədirsə belə, yardım Azərbaycana ayrılmış məbləğin daxilində ayrıca maddə ilə göstərilə bilər. Amma təəsüf ki, bu hələ ki baş vermir. Azərbaycan da öz imkanları daxilində buna etiraz etməyə çalışır, amma məncə etirazlarının tonunu tam düzgün müəyyənləşdirmir. Düşünürəm ki, bu məsələ getdikcə Azərbaycan tərəfindən daha sərt formada qoyulacaq və müəyyən nəticələr verəcək. Amma sırf İran-Ermənistan əlaqələrinin ABŞ-ın Ermənistanın işğalı altındakı ərazilərdə yaratdığı qondarma quruma ayırdığı yardımları dayandırmasına səbəb olmasına o qədər də inanmıram.
- Ümumiyyətlə, Rusiyalı siyasətçilər Ermənistani-İran əlaqələrinin inkişafından narahat deyillər ki?
- Rusiya üçün istənilən halda başqa bir dövlətin Cənubi Qafqazda fəallaşması arzuedilən deyil. Soyuq müharibədən sonra regiona (bölgəyə) qonşu dövlət kimi bu narahatçılıq əsasən Türkiyədən idi. Hətta Türkiyə-Gürcüstan-Azərbaycan xəttinə qarşı Rusiya-Ermənistan-İran xətti də gündəmdə idi. Son illərdə Türkiyə-Rusiya münasibətlərinin müəyyən dərəcədə yaxşılaşması və Rusiyanın İranın nüvə proqramından müəyyən dərəcədə narahatçılıq keçirməyə başlaması fonunda (... zəminədə) İran-Ermənistan münasibətləri ABŞ üçün olduğu qədər Rusiya üçün də narahatçılıq mənbəyidir. Həm İranın bölgədə güclənməsi, həm də Ermənistanın Rusiyadan asılılığını azaltmağa çalışması səbəbiylə. Rus siyasətçilər bu mövqelərini açıq mövqelərində və bəzən də yarı-qapalı müzakirələrdə bəyan edirlər.
- Hazırda İranın qonşuluq siyasətində Ermənistan hansı strateji önəmi daşıyır?
- İran üçün Ermənistan birinci növbədə Azərbaycanı və Türkiyəni narahat etməsi baxımından strateji önəmə sahibir. Çünkü İran müstəqil Azərbaycanı və güclü Türkiyəni nəinki xarici siyasət maraqlarına, hətta öz varlığına təhlükə kimi görür. Aydın məsələdir ki, bu nəticə İranın rəsmi “İslam dövləti” mövqeyindən deyil, tam fərqli Fars mərkəzli baxışından qaynaqlanır. Buna İranın hər hansı bir dövlət kimi beynəlxalq aləmə çıxış alternativlərini artırmağa çalışmasını da əlavə edə bilərik. Eyni zamanda nüvə problemi, “inqilab ixracı”, terrora dəstək və s. səbəblərdən İranın beynəlxalq təcridə; ümumən qonşularına istiqamətlənmiş ərazi iddiaları, xüsusi halda isə Azərbaycan ərazilərini işğal etməsi və Türkiyəyə yönəlmiş sərt ittihamları səbəbindən Ermənistanın isə regional (bölgəsəl) məruz qalması səbəbindən bu iki ölkə istənilən xarici əlaqəyə xüsusi dəyər verirlər. Bu səbəblərə görə İran-Ermənistan əlaqələrinin inkişafında hər ikisinin hələ uzun müddət maraqlı olacaqlarını demək mümkündür. Sadəcə, Türkiyə və Azərbaycanın İran üzərində, Rusiya və ABŞ-ın isə Ermənistan üzərində təzyiqləri bu münasibətləri müəyyən dərəcədə zəiflətməyə səbəb ola bilər.
Söhbətləşdi: Elnur Eltürk
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İsrail prezidenti Azərbaycana gəldi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır
Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
İran Britanıya səfirini XİN-ə çağırıb
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
İranda daha bir molla öldürüldü
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib