SON XƏBƏRLƏR

Barak Obama “erməni soyqırımı” abidəsinə əklil qoymaqdan imtina edib

2021.10.20, 07:36
Barak Obama “erməni soyqırımı” abidəsinə əklil qoymaqdan imtina edib

Gunaz.tv

GünAz TV: Ermənilərin qondarma soyqırımı təbliğatı dünyanın əksər dövlətlərində ikrahla qarşılanır.

Hər il “1915-ci ildə Osmanlı Türkiyəsində ermənilər soyqırımına məruz qalıb. Bu faktı tanıyın” deyərək qapı-qapı gəzən ermənilər artıq hamının zəhləsini töküblər. Düzdür, ermənilərin kompakt (toplu, cəm) yaşadığı, erməni lobbisinin güclü olduğu ölkələrdə “soyqırımı” tanınıb. Amma biz düşünmürük ki, həmin ölkələrin rəsmi və qeyri-rəsmi adamları fakt barəsində yetərincə məlumatlı olduqları və ermənilərin başına gələnləri ürək acısı ilə qarşıladıqları üçün bu addımı atıblar, əsla yox. Əlbəttə, onları buna ermənilərin yalan və təhrif olunmuş məlumatları, “tarixi araşdırmaları” vadar edib.

GünAz TV mətbuat çərkəzinin SİA-ya istinadən yaydığı məlumata görə,  bu gün ABŞ-da (Amerika Birləşmiş Ştatlarında) erməniləri üzəcək hadisə baş verib. Faktı Amerika Erməni Milli Assambleyasının (məclisinin) qərb qanadının sədri Endryü Kiziryan da təsdiq edib. Hadisə belə baş verib. Erməni təşkilatı ABŞ prezidenti Barak Obamaya Montebelloda qoyulmuş “erməni soyqırımı” abidəsinə əklil qoymağı xahiş ediblər. Amma prezident vaxtının azlığını bəhanə gətirərək ermənilərin xahişini rədd edib.

Məlum olduğu kimi Kaliforniya ştatında yaşayan ermənilər hər dəfə keçirilən prezident seçkilərində ümid edirlər ki, onların səs verdikləri namizəd qalib gələcəyi təqdirdə “erməni soyqırımı”nı tanıyacaq. Amma hər dəfə erməniləri məyus edən hadisələr baş verir. Heç bir ABŞ prezidenti “soyqırımı” sözünü dilə gətirmək istəmir. Yenə ümidlər gələn seçkilərə qalır. Ermənilər isə hər dəfə namizədlərə dəstəklə yanaşı, hədə-qorxularını da ünvanlamaqdan çəkinmirlər. Məlum olduğu kimi Barak Obama 2012-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini bəyan edib. Ona görə də emənilər indidən hərəkətə başlayıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar