SON XƏBƏRLƏR

Xəstəxanaya köçürülmüş məhbusa ailəsi ilə görüş icazəsi verilmir

2021.10.20, 07:36
Xəstəxanaya köçürülmüş məhbusa ailəsi ilə görüş icazəsi verilmir

Gunaz.tv

GünAz TV: Hazırda məhbus həyatı yaşayan Babək Xürrəmdin ləqəbli veblaqçı Hüseyn Rövnəqi Məleki müalicə məqsədi ilə xəstəxanaya yerləşdirilib.

 

Hüseyn Rövnəqi dünən ailəsinin cəhdləri nəticəsində zindandan xəstəxanaya köçürülüb.

 

Qeyd edək ki, Uzun müddət Onun zindanın xaricində müalicəsinə icazə verilmirdi. O böyrək xəstəliyindən əziyyət çəkir.

 

Məlumata görə, xəstəxanada Hüseyn Rövnəqini nəzarət altında saxlayan təhlükəsizlik qevvələri onun ailəsi ilə görüşünə icazə vermirlər. Bu barədə “Urmu İşçiləri” saytı məlumat yayıb.

 

Xatırladaq ki, cənab Rönəqi 2009-cu il dekabr ayının 13-də (1388-ci il azər ayının 22-i) Mələkan şəhərində SEPAHın (İran Keşikçilər Korpusu) Təhlükəsizlik Bölməsinin məmurları tərəfindən yaxalanıb və Evin zindanının SEPAH bölməsinə aparılıb.

Adını çəkdiyimiz soydaşımız evin zindanında 1 il müddətinə təknəfərlik kamerada saxlanılıb. O saxlanıldığı müddətdə Televizyonda (televiziyada) müsahibə verərək etiraf etsin deyə ağır cismi və ruhi işgəncələrə məruz qalıb.

Tehran məhkəməsi onu İran İslam Respublikasının (Cümhuriyyətinin) təhlükəsizliyinə qarşı çıxmaqda, dövlət quruluşu əleyhinə təbliğat aparmaqda təqsirli bilərək 15 il müddətinə azadlıqdan məhrum edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar