SON XƏBƏRLƏR

Azərbaycanlı fəal xanım Sima Didar həbs edilib

2021.10.20, 07:36
Azərbaycanlı fəal xanım Sima Didar həbs edilib

Gunaz.tv

GünAz TV: Azərbaycanlı fəal xanım Sima Didar 2011-ci il aprel ayının 16-da (fərvərdinin 27-də) yaxalanıb və 6 aylıq həbsinə dair məhkəmə hökmünün icrası üçün Təbriz zindanına aparılıb.

 

Xanım Didara yaxın şəxslərin məlumatına əsasən, azərbaycanlı fəal  Təbriz Saib məhəlləsi Polisin təhlükəsizlik bölməsinə müraciət edib və öz şəxsiyyət vəsiqəsini tələb edərkən yaxalanıb və Təbriz zindanına aparılıb.

 

Məlumata görə, təhlükəsizlik qüvvələri adını çəkdiyimiz fəalın şəxsiyyət vəsiqəsini bir müddət öncə, məhbus Səid Mətinpurun həyat yoldaşı ilə 8 mart dünya qadınlar günü münasibəti ilə görüşmək üçün Zəncana gedərkən Təbriz-Zəncan yolunda yoxlama zamanı alıblar.

 

Xanım Didar 2009-cu il may ayının 22-də (1388-ci il xordad ayının 1-i) Təbrizin Ellər Gölü parkında, Şərqi Azərbaycanın bədən tərbiyyəsi idarəsinin təşəbbüsü ilə keçirilən ailəvi yığıncaqda tutuqlanıb, 1 ay saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılmışdı. Sözü gedən mərasimdə “Türk dilində mədrəsə” şüarı səsləndirilmişdir.

 

Təbrizin İnqilab Məhkəməsi 2009-ci il noyabr ayının 14-də (1388-ci il aban ayının 23-ü) Sima Didar və onun həyat yoldaşı Əlirza Fərşini sistemin əleyhinə təbliğ ittihamı ilə 1 il müddətinə həbs cəzasına  məhkum etmişdir. Ancaq bir müddət sonra Apelyasiya Məhkəməsi (Dadqahe təcdide nəzər) 1 illik həbs qərarını 6 ay müddətinə düşürmüşdür.

 

Xatırladaq ki, xanım Sima Didar öyrənci “Yaşmaq” dərgisinin sabiq müdir-məsulu, şair və Şərqi Azərbaycanın yerli dərgilərində məqalə yazıçılarındandır. İran rejimi 2009-cu ildə (1388-ci ildə) Onun universitetdə magistr pilləsində (foq lisans) təhsilinə qadağa qoyub.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar