SON XƏBƏRLƏR

Təbrizdə yaxalanmış gənc fəal Babək Hüseynidən heç bir xəbər yoxdur

2021.10.20, 07:36
Təbrizdə yaxalanmış gənc fəal Babək Hüseynidən heç bir xəbər yoxdur

Gunaz.tv

GünAz TV: 2011-ci il mart ayının 31-i (fərvərdin ayının 11-i) Təbriz şəhərində yaxalanan soydaşımız Babək Hüseyni Müqəddəm barədə heç bir məlumat yoxdur.

 

Adını çəkdiyimiz azərbaycanlı soydaşımız 2008-ci il may ayında (1387-ci il xordad ayı) da yaxalanıb və təxminən 4 ay müddətinə həbsdə saxlanılmışdı.

 

Güney Azərbaycanın İnternetdə fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələrinin yaydığı məlumata görə, cənab Babək Hüseyni Müqəddəmdən yaxalandığı gündən bəri heç bir məlumat yoxdur. Bu durum isə onun ailəsinin nigaranlığına səbəb olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar