Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib
Dövlət əleyhinə açıq çağırışlar yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib
Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi
Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
İranı dərhal tərk edin!- ABŞ xəbərdarlıq etdi
Kərəc həbsxanasında siyasi məhbus öldürülüb
Müharibə ehtimalı İranda biznes fəaliyyətini iflic edir — deputat
Munir Tehrana səfər edəcək
Ərəb körfəzi ölkələri husiləri terror təşkilatı kimi tanımağa çağırıb
Sergey Lavrov Tehranda İranın xarici işlər naziri ilə görüşəcək
Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
“Mələvan” və “Traxtur” komandalarının oyunu azarkeşlərin Güney azərbaycanlı türklərin kimliyinə qarşı irqçi şüarlarına görə ləğv edildi
Mehrdad Əxlaqi İranın müdafiə naziri oldu
GünAz TV: İran hakimiyyətinin təmsilçiləri yenə savaşdan danışır. Təəssüflər olsun ki son aylar Afrikanın Şimalında və Qərbində baş verənlərdən belə rejimlər nəticə çıxarmayıb.
Baş verənlər bir daha sübut etdi ki, ölkə və beynəlxalq ictimaiyyətin haqlı istəkləri ilə razılaşmayan hikkəli reijmlər ömürlərini baş vurur. Ancaq bu proses diktatruanın iddiası ilə müşahidə olunduqdan ondan ən çox adi insanlar əzab çəkir, dövlət talan olunur.
Bir müddət öncə İslam Respublikası (Cümhuriyyəti) sərhədlərin təhlükəsizliyi çərçivəsində yaxın zamanlarda hava nəzarəti sistemini yeniləşdirmək niyyətindədir. İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) sərhəd polisi komandanı general Hüseyn Zülfiqari bildirmişdi ki, bu məqsədlə sərhəddə Hava Hücumundan Müdafiə yeni bazaları quracaq.
Onun sözlərinə görə, ötən ildən sərhəddə yeni elektron texnologiya tətbil edilib : «Ölkə sərhədlərində təhlükəsizlik tədbirlərinin gücləndirmək üçün üstün-plan hazırlanıb və yaxün günlərdə bu təsdiqlənəcək».
General H.Zülfiqari Azərbaycan Respublikası ilə sərhəd rayonlarda, Parsabad (Muğan) və Güney Biləsuvarda baxış keçirib. Onu İran parlamentinin təmsilçiləri, Ərdəbil əyalətinin polis rəisi, Parsabad və Biləsuvar şəhərlərinin icra başçılara müşayiət edib.
O, qeyd etmişdi ki, lazım olan şərait yaradıldıqdan sonra müşahidə məqsədi ilə pilotsuz (xələbansız) təyyarələr və vertolyotlar (helikopterlər) da həmin ərazilərdə uçacaq. Onun sözlərinə görə, bu istiqamətdə artıq hazırlış işləri görülüb, başa çatıb. Qvardiya təmsilçisi bildirib ki, yeni il üçün (21.03.2011-20.03.12) sərhədə nəzarətin gücləndirilməsi, yeni texnika və avadanlığın əldə edilməsi, eləcə də yeni infrastrukturun (alt yapı, zirsaxt) tikintisinə dövlət büdcəsindən 80 milyon manata yaxın (86 milyard tümən) pul ayrılıb.
Ötən gün isə İran Quru Qoşunları komandanı general Əhmədrza Purdastan bütün sərhəd bölgələrində ordu hissələrinin yerləşdiriləcəyini bəyan edib.
Əhmədrza Purdəstan bildirib ki, bəzi qüvvələr bölgədə «İranofobiya siyasəti» («İranısevməmək») yeridir, onu şiddətləndirir: “İran İslam Respublikası yeni təhdidlərlə üz-üzə qalıb. Bu təhdidlər növünə, formasına və ölçüsünə görə əvvəlki təhdidlərdən fərqlənir. Elə buna görə də bundan sonra ordu daha çevik xarakter alacaq, bütün sərhədlərdə ordu hissələri yerləşdiriləcək və bütün sərhəd zonalarında yeni hərbi qərargahlar tikiləcək».
Bu çıxışlar ölkənin ali qanunverici orqanı təmsilçiləri tərəfindən də edilməkdədir.
İran parlamentinin üzvü Ruhullah Hüseynian bu günlərdə jurnalistlərə prezident Mahmud Əhmədinejad hökumətinin Bəhreyndə baş verən olaylarla bağlı mövqeyini tənqid edərək, deyib ki, İran Səudiyyə Ərəbistanının Bəhreynə hərbi qüvvə göndərməsi qarşısında hərbi seçim barədə də düşünməlidir: «Bizim xarici siyasətin bölgədə baş verən dəyişikliklərdən geri qaldığını deyənlərin nigarançılığı əsassız deyil. Səudiyyə Ərəbistanı Krallığının Bəhreynə qoşun yeridib, bu ölkənin müsəlman əhalisini kütləvi qırğına məruz qoyması qarısında daha qətiyyətli mövqe tutmalı idik.
Hətta hesab edirəm ki, İran hökuməti məsələyə obyektiv yanaşmaqdan çəkinməməlidir. Bir halda ki, Səudiyyə Ərəbistanı hökuməti Bəhreynə qoşun çəkir, biz də öz hərbi qüvvələrimizi hazır vəziyyətə gətirməli, Səudiyyə Ərəbistanı sərhədlərinin bizə yaxınlaşmasına icazə verməməliyik».
Oxşar çıxışı İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Həsən Firuzabadi jurnalistlərə açıqlamasında səsləndirib.
“Media forum” saytının məlumatına görə, Həsən Firuzabadi deyib ki, Səudiyyə Ərəbistanı Bəhreynə hərbi qüvvəni ABŞ-ın (Amerika Birləşmiş Ştatlarının) tapşırığı ilə yeridib: «Səudiyyə Ərəbistanının Bəhreynə hərbi müdaxiləsi onun yol verdiyi ən böyük səhvidir. Bəhreyn xalqına qarşı bu zülm onların süqutunu sürətləndirəcək.
Bəhreyn xalq 30 ildir ki, zülm və təzyiq altında olub. İndi Allahın iradəsi belədir ki, onların üstündən bu təzyiq götürülsün. Ən yaxşı işi Tunis prezidenti etdi - bir gecənin içində çıxıb getdi. Bunlar da (Bəhreyn rəhbərliyi) həmin işi etməli idilər. Nəyin bahasına olursa olsun hakimiyyətdə qalmaq onlara bədbəxtlik və üz qaralığından başqa bir şey gətirməyəcək. Onlar bu hərəkətləri ilə özlərini biabır edir, öz işlərini ağırlaşdırırlar».
Bu sayaq çıxışlar İraqla savaş zamanı İran İslam Respublikasının banisi sayılan ayətullah Xomeynin məlum bəyanatını xatırladır. O, demişdi ki, Nəcəf və Kərbəlanı «kafirlərdən azad etdikdən sonra Qüdsü və Məkkəni azad edəcəyik».
Odur ki, Tehran rəsmilərinin bu sayaq bəyanatlar verməsini təbbi qəbul etmək olar. Çünki bu rejimin mayasında savaş durur.
Ancaq ölkədəki siyasi, sosial, iqtisadi durum ağırlaşmaqdadır.
Ötən gün «Zeynəb» Cəmiyyətinin baş katibi Məryəm Bəhruzi bildirib ki, «İranın düşmənlərinə qarşı mübarizədə» iqtisadiyyata ciddi yanaşılmalıdır:«Xalq üçün iqtisadi məsələ çox vacibdir. Çünki insanların çoxu bu sahədə problemlə üzləşir. Üç ildir ki, ali rəhbər (İranın ali rəhbəri aytəllah Xamneyini nəzərdə tutur-S.S.) iqtisadiyyat sahəi ilə bağlı prrobelmlərin həll edilməsinin vacibliyin vurğulayır».
Hökuməti tənqdi edən, baş katibin sözlərinə görə, inqilabdan sonra çeşidli hökumətlər hakimiyyətdə olub, iqtisadi problemlərin həlli ilə bağlı onların öz proqramları var idi : «Ancaq indiki hökumət arzu edilən yolda durmayıb. Hələ də subsidiyalarla bağlı qanun yerinə yetirilmir».
O,bildirib ki, iqtisadi təzyiqlərlə xalqın üzləşməməsi üçün hökumətin dəqiq və aydın proqrammı olmalıdır.
Məryəm Bəhruzi hakimiyyətə yaxın olanlardan sayılır. Məsələyə «müxalifətin bu sayaq tənqidi fikriləri deməsindənsə, özümüzünkünün söyləməsi, daha yaxşıdır» - prinsipindən (əsl, ilkə) yanaşan rejim bununla əks düşərgəni təbliğatda udsa da, gerçəklikdə uduzur. Axı, bu sayaq çıxışlar hələ mövcud probelmin həlli demək deyil.
Bu isə özü-özlüyündə ölkədə ciddi sosial, iqtisadi problemin olduğunu bir daha təsdiqləməkdədir.
Subsidiyalarla ölkə vətəndaşlarının başını qatan Tehran hakimiyyəti indi də düşdüyü maliyyə böhranından çıxmaq üçün dövltəin rəsmi pul vahidindən, rialdan sıfırları yığışdıraraq (denominasiya), onun qiymətini ABŞ dolları ilə eyniləşdirmək niyyətindədir.
«MIGnews»-un məlumatına əsasən, bu haqda danışan ölkə Mərkəzi Bankının başçısı Mahmud Bəhməni denominasiyadan sonra gələcəkdə dollarla rial arasında rəqabətin qorunması ilə bağlı heç bir fikri söyləmyib.
Yeri gəlmişkən, keçmiş SSRİ-nin (Şurəvinin) son illərdində də Moskva bu addımı atdı. Ancaq o vaxtkı sovet rublu tez bir zamanda yenidən kağız parçasına, urfatsız bir valyutatya çevrildi.
Xatırladaq ki, 1979-cu il inqilabı ərəfəsində bir dollar 70 rial və ya 7 tümənə bərabər idisə, hazırda bir dollar 11 min rial və ya 1100 tüməndir. Rəsmi açılamaya əsasən, martın 20-dək ölkədə inflyasiya 12,4 faiz təşkil edib.
İrana qarşı qəbul ediləcək sanksiyaların (təhrimlərin) mövcud durumu daha da ağırlaşdıracağı istisna edilmir.
«Radio Svaboda»nın məlumatına əsasən, Avropa Birliyi İrana qarşı yeni yasaqlar tətbiq etməyə hazırlaşır. Bu haqda ötən gün Britaniyanın xarici işlər naziri Ulyam Heyq qurum xarici işlər nazirlərrinin Lüksemburqda başlayan müşavirəsi zamanı bildirib Onun sözlərinə görə, əlavə sanksiyalar müxalifət fəalları və jurnaditsləri təqib edən, onalır həbsində iştirak etmiş, habelə insan haqları ilə bağlı başqa pozuntu törədən İranın 32 məmuruna şamil ediləcək: «Əldə edilmiş razılığa uyğun olaraq, ölkənin 32 rəsmisinə Avropa Birliyi ölkələrinə səfər üçün viza verilməsinə qadağa qoyulacaq və onların bu dövlətlərdəki bütün əmlakı dondurulub»
Nazir İranın sanksiyaya məruz qalacaq 32 məmuru haqda açıqlama verməyib.
Bununla belə xatırladaq ki, birliyin «qara siyahısına» düşən İran rəsmiləri arasında İnqilab Keşikçiləri Qvardiyasının («sipah») komandanı Məhəmməd Əli Cəfəri, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Həsən Firuzabadi, dini rəhbər Əli Xamneyinin qvardiyadakı təmsilçisi Əli Səidi, qvardiya komandirlərindən -n Abdulla İraqi və Hüseyn Həmədani, «sipah»ın təhlükəsizlik bölməsinin rəhbəri Hüseyn Taib, “Bəsic” təşkilatının komandanı Məhəmmədrza Nəqdi, İran Hüquq Mühafizə Qüvvələrinin komandanı İsmayıl Əhmədi Müqəddəm, ədliyyə, irşad, ali təhsil və daxili işlər nazirləri, İran Məhkəmə Sisteminin rəisi və onun köməkçisi, Tehranın keçmiş prokuroru Səid Mürtəzəvi və daha bir neçə nəfərin olduğu təxmin edilir.
Bilinən və hələ məlum olmayanlara əsaslanaraq, Firuzabadinin Tunis prezidenti ilə bağlı dedikilərini Tehran hakimiyyətinə də şaml etmək olar : 32 ildir indi sayı 80 milyona çatan əhalini zülm və zillət altında saxlayır, hər addım başı haqlarını tapdayırsınız. Qansız – qadasız, bəlkə sizlər də bin Əlidən ibrət götürərək,gedəsiniz.
Sədrəddin Soltan
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İsrail prezidenti Azərbaycana gəldi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır
Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
İran Britanıya səfirini XİN-ə çağırıb
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
İranda daha bir molla öldürüldü
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib