İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib
Dövlət əleyhinə açıq çağırışlar yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib
Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi
Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
İranı dərhal tərk edin!- ABŞ xəbərdarlıq etdi
Kərəc həbsxanasında siyasi məhbus öldürülüb
Müharibə ehtimalı İranda biznes fəaliyyətini iflic edir — deputat
Munir Tehrana səfər edəcək
Ərəb körfəzi ölkələri husiləri terror təşkilatı kimi tanımağa çağırıb
Sergey Lavrov Tehranda İranın xarici işlər naziri ilə görüşəcək
Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
GünAzTv: Rusiyada etnik zəmində cərəyan edən hadisələrin yaxın bir neçə gündə daha geniş miqyas alacağı istisna olunmur. Artıq Rusiya mediası da bu istiqamətdə həyəcan təbili çalır. "Press sentr portalı yazır ki, yaşanan xaotik durumun artıq bütün ölkə ərazisinə yayılması vəziyyəti daha da qəlizləşdirir. Bu gedişlə hakimiyyətin etnik qarşıdurmaların qarşısını ala biləcəyinin böyük sual altında olduğu vurğulanır. Siyasi müşahidəçilər də bildirir ki, gənc rus futbol azarkeşilə bir neçə şimali qafqazlı arasında mübahisədən başlanan toqquşma sonradan bütün Moskvaya və indi isə bütün Rusiya şəhərlərinə yayılıb. Bunun hələ uzun müddət davam edəcəyi gözlənir. Hakimiyyət bildirir ki, zorakılıqların qarşısını almaq üçün, onun təbirincə desək, ən amansız tədbirlərə əl atacaq. Hələlik isə Rusiyada Qafqazdan olanlara qarşı hücumların artdığı bildirilir. İndiki vəziyyətdə belə məlumatlar da çoxalmağa başlayıb ki, baş verənlərin hamısı eyni mərkəzdən idarə olunur. Bunu Rusiya İnsan Haqlarının Müdafiəsi Mərkəzinin ekspreti Yelena İvanova da təsdiqləyir: "Bəli, küçələrə çıxan insanları idarə edirdilər. O qüvvənin kimliyini bilmək çətin deyil. Bunun üçün internetdə, xüsusilə də millətçi hərəkat və qruplaşmaların saytları, onların rəhbərlərinin bloqları, "Vkontakte" və "Odnoklassniki"dəki profillərinə baxmaq yetər. Məhz həmin şəxslər gəncləri küçələrə, kütləvi itaətsizlik, etiraz aksiyalarına, qafqazlılara qarşı hücumlara çağırırdı". Rusiyanın ən radikal millətçi təşkilatlarından olan "Qanunsuz Miqrasiyaya Qarşı Hərəkat"ın (DPNİ) lideri Aleksandr Belov (Potkin) isə millətçi təşkilatların bu iğtişaşları təşkil etmələri barədə deyilənləri qətiyyətlə təkzib edir: "Bu iddiaların heç bir əsası yoxdur. Biz Moskvada fanatların aksiyalarına qatılmamışıq və bütün üzvlərimizlə yanaşı, tərəfdarlarımıza da o aksiyalardan mümkün qədər uzaq durmağı tapşırmışıq. Həmin aksiyaları təşkil edən və həyata keçirən millətçilər yox, başqa çirkin qüvvələrdir. Təşkilatçıları başqa yerdə axtarın. Həmin adamlar millətçi adı ilə pərdələnərək kütləvi iğtişaşlar yaratmaq və məqsədlərinə çatmaq istəyib". Lakin Rusiya xüsusi xidmət orqanlarının apardığı araşdırmalar göstərir ki, bu iğtişaşların arxasında DPNİ və onun kimi təşkilatlarla bahəm, daha radikal strukturlar durur. Həmin strukturlar isə Rusiya Millətçilər İttifaqı, Rusiya Monarxistlər Liqası, Rusiya "Nurlu Yol" Hərəkatı və bu kimi təşkilatlar olub. Baş verənlərin soydaşlarımıza təsiri isə həmişə xüsusi diqqət yetirilən məsələ olub. Son bir neçə gündə baş verənlər nəticəsində soydaşlarımızın, hələ ki, buradan kütləvi şəkildə çıxışı qeydə alınmayıb. İqtisadçılara görə, Rusiyadan gələn pulların insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına müəyyən təsiri olsa da, həmin pulların kəsilməsi faciəyə də səbəb olan deyil. Daha geniş biznesi olanların isə, Rusiyadan çıxacağı halda Azərbaycana deyil, Ukrayna, Moldova, Belarus kimi ölkələrə üstünlük verəcəyi gözlənir. Ancaq Moskvadakı hadisələrdən sonra azərbaycanlıların Rusiyadan köçməsi faktına, hələ ki, rast gəlinmir. Həm dövlət dəmiryolunda, həm də hava limanında Moskavadan Azərbaycana gələn sərnişinlərin sayında hər hansı bir artımın müşahidə olunmadığı bildirilir. Onu da xatırladaq ki, yaşanan zorakılıq Rusiyanın 2018-ci ilin Dünya Futbol Çempionatına ev sahibliyi barədə seçimin bayram edildiyi vaxta təsadüf edib. Bu, Rusiyada irqçilik barədə çətin suallar doğurur və Moskva xarici futbol komandalarının təhlükəsizliyini necə təmin edəcəyi barədə də suallara cavab verməli olacaq. Rusiyanın millətlərarası gərginlik və ultrairqçi qruplar sahəsindəki problemləri çoxdanqalmadır. Lakin indi başlıca məsələ ondadır ki, bu problem zorakılıqlar və toqquşmalar şəklində ölkə şəhərlərinin küçələrinə çıxıb. Kremlin baş ideoloqu Vladislav Surkov həyəcanlı vəziyyətin yaranmasına görə liberal müxalifətin məsuliyyət daşıdığını bildirib. O deyib ki, müxalifətin tez-tez baş verən küçə yürüşləri küçələrə çıxmağı dəbə çevirib. Baş vermiş zorakılıqların iştirakçıları barədə danışarkən, Surkov onların özlərini eynilə Dmitri Medvedyevin və Vladimir Putinin əleyhdarları kimi apardığını söyləyib: "Bu iki şəxs isə sabitlik və qayda-qanun barədə siyasi layihənin əsasını təşkil edir. Rusiya müxalifətinin bəlası budur ki, hakimiyyət özünün dinc əleyhdarları ilə futbol xuliqanlarını və ekstremistləri bir tərəziyə qoyur". Öz növbəsində, müxalifət baş verənlər üçün hakimiyyətin məsuliyyət daşıdığını bildirir. Müxalifət bildirir ki, vətənpərvərlik barədə təmtəraqlı demoqogiyası ilə hakimiyyət dözülməzlik, ksenofobiya və hətta irqçi hisslərin baş qaldırmasına rəvac verib. Bir çox xarici media vasitələri artıq indidən belə bir sual qaldırıblar: Rusiya dünya çempionatına gələcək xarici komanda və azarkeşlərin təhlükəsizliyini təmin etməyə nə dərəcədə qabildir? Tahir TAĞIYEV . Bakı xəbər
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İsrail prezidenti Azərbaycana gəldi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
İran Britanıya səfirini XİN-ə çağırıb
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
İranda daha bir molla öldürüldü
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
SEPAH müxalif dəstə üzvlərini həbs edib
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko