SON XƏBƏRLƏR

Uydurma "erməni soyqırımı" layihəsi Amerika Konqresinin müzakirəsinə salınmadı

2021.10.20, 07:36
Uydurma "erməni soyqırımı" layihəsi Amerika Konqresinin müzakirəsinə salınmadı

Gunaz.tv

GünAzTv: ABŞ (Amerika Birləşmiş Ştatları) Nümayəndələr Palatasında müzakirəsi gözlənilən "erməni soyqırımı" layihəsi gündəliyə salınmadı.

Milli.Az xəbər portalı Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənəd Nümayəndələr Palatasına göndərilməyib.    Qeyd edək ki, sənədin dünən müzakirəyə çıxarılacağı gözlənirdi və müzakirəyə çıxarılarsa, qəbul ediləcəyi risqi çox böyük idi. Qanun layihəsinin yenidən gündəmə gəlməsinə səbəb ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin 2011-ci ilin yanvarında yerini respublikaçı Con Beynerə verməmiş qətnamənin Palatanın Rəyasət Heyətində müzakirəyə çıxarılmasını istəməsidir. Ermənilərin sıx yaşadığı Kaliforniyadan seçilən Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bu vəzifədə son günlərini keçirir və seçicilərinə ismarış üçün qərar layihəsinin qəbuluna çalışır. Nümayəndələr Palatasının digər üzvləri də Nensi Pelosi kimi səlahiyyət müddətini başa vurmaq üzrədir. Onların da sənədin lehinə səs verəcəyi bildirilirdi.    Lakin həm Türkiyə hökuməti, həm də ABŞ-dakı türk və Azərbaycan diasporları sənədin Nümayəndələr Palatasındakı müzakirəsinin qarşısını almaq üçün genişmiqyaslı kampaniyaya başlamışdılar. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət başçısı Barak Obamaya məktub ünvanlayıb. O, Türkiyə hökumətinin Birləşmiş Ştatların bu qətnamənin qəbul edilməməsi üçün böyük səy göstərəcəyinə ümid etdiyi bildirib. O əlavə edib ki, bu qanun layihəsinin qəbul edilməsi iki ölkə arasındakı münasibətlərə böyük zərbə vuracaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar