SON XƏBƏRLƏR

Daha bir Avropa bankı İranla əməkdaşlığa son doydu

2021.10.20, 07:36
Daha bir Avropa bankı İranla əməkdaşlığa son doydu

Gunaz.tv

GünAzTv: İtaliyanın məşhur “İntesa Sanpaolo” bankı İranla bütün ticarət əlaqələrini dayandırıb.

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görƏ, bankın adının çəkilməsini istəməyən bir rəsmisi “Röyters” agentliyinə açıqlamasında deyib ki, İranla əməkdaşlığın dayandırılması Qərbin sanksiyaları ilə bağlıdır.

O bildirib ki, “İntesa Sanpaolo” hələ bir ay əvvəldən İranla əməkdaşlığı dayandırıb: “Bu, İranın xam nefti ilə əlaqədar bank əməliyyatlarını aparmağa yardım edən sonuncu İtaliya bankıdır.

Hesab edirəm ki, İranın xam neftini alıb-satan tərəflər bundan sonra öz maddi ehtiyaclarını təmin etmək üçün digər yerlərə üz tutmalı olacaqlar. Məsələn, bəlkə də Çinə. Lakin bu iş gündən-günə çətinləşir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar