SON XƏBƏRLƏR

Rusiya Ermənistana «S-300» raketləri satıb

2021.10.20, 07:36
Rusiya Ermənistana «S-300» raketləri satıb

Gunaz.tv

GünAzTv: Müdafiə Nazirliyi raket sistemlərinə sahib olduğunu rəsmən etiraf etdi.

«Ermənistan rəsmi olaraq ilk dəfə dünyanın ən təsirli müdafiə sistemlərindən biri olaraq qəbul edilən «S-300» raketlərinə sahib olduğunu açıqlayıb. Bu vaxta qədər Ermənistan bu mövzuda hər hansı öir açıqlama vermirdi. «Azadlıq» Radiosunun Ermənistan bürosunun xəbərinə görə, müdafiə naziri Seyran Ohanyan həftə sonunda Ermənistana məxsus raket müdafiə təsisatında araşdırmalar aparıb. 200 kilometr məsafəni hədəfə alan bilən «S-300» raketləri Moskva-Yerevan birgə təhlükəsizlik sazişi çərçivəsində 1990-cı illərin sonlarında Ermənistan ərazisində yerləşdirilib. Ermənistan bu günə qədər eyni anda 100-ə qədər hədəfi təqib edə bilən «S-300» sistemlərinin öz ərazisinə yerləşdirildiyi barədə iddialar qarşısında susmağa üstünlük verirdi. Ermənistan Müdafiə Nazirliyinin sözçüsü David Karapetyan nazir Ohanyanın həftə sonunda «S-300» raket sistemlərini təftiş etdiyini açıqlayaraq Yerevanın əlində bu növ silahların olduğunu rəsmi olaraq təsdiqləyib. Karapetyan Yerevanın əlində nə qədər «S-300» olduğunu açıqlamayıb, aamma Ermənistan silahlı qüvvələrinin 2005-ci ildən bəri bu raketlərlə bağlı təlim aldığını bildirib. Bu açıqlamanın Moskvanın Azərbaycana 300 milyon dollar dəyərində iki «S-300» silah sistemi satacağı barədə xəbərlərin ardından verilməsi diqqəti çəkir».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar