SON XƏBƏRLƏR

Amerika İrana qarşı daha bir sanksiya tətbiq edib

2021.10.20, 07:36
Amerika İrana qarşı daha bir sanksiya tətbiq edib

Gunaz.tv

GünAzTv: Hədəfdə İranın İnqilab Qvardiyası (Sepah) və dövlətin nəzarəti altında olan yükdaşıma şirkətidir.

ABŞın (Amerika Birləşmiş Ştatları) Maliyyə Nazirliyi bəyan edib ki, 5 şirkət və fərdin  İranın İnqilab Qvardiyası və bu  respublikanın yükdaşıma şirkəti ilə əlaqədə olduğuna görə, ABŞ-la əməkdaşlığına qadağa qoyulub. Bunlara iki bank, iki sığorta və maliyyə şirkətləri və bu şirkətlərdən birinin icraçı direktoru Pərviz Fəttah daxildir.

Maliyyə nazirliyinin məlumatına grə, Qvardiya və yükdaşıma şirkəti  qanunsuz fəaliyyət gstərən və sanksiyalardan yayınan  əsas təsisatlardır. Bundan əlavə, Hizbullah qruplaşmasına maddi yardım gstərməkdə şübhəli bilərək  «Liner Transport Kish» şirkətinə qarşı da  sanksiyalar irəli sürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar