SON XƏBƏRLƏR

Əhmədinejad Lukaşenkonun seçilməsini Belarus tarixinin qızıl səhifəsi adlandırıb

2021.10.20, 07:36
Əhmədinejad Lukaşenkonun seçilməsini Belarus tarixinin qızıl səhifəsi adlandırıb

Gunaz.tv

GünAzTv: İran prezidenti Mahmud Əhmədinejad Aleksandr Lukaşenkonu yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib.

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, təbrik məktubunda Əhmədinejad Belarusda keçirilən prezident seçkisini ölkə tarixinin qızıl səhifəsi adlandırıb: “Bu seçki sizin həyata keçirdiyiniz proqramların dəstəkləndiyindən xəbər verir”.

 

Əhmədinejad Lukaşenkonun yeni prezidentliyi dövründə İran-Belarus əlaqələrinin daha da möhkəmlənəcəyinə ümid etdiyini bildirib.

Dekabrın 19-da Belarusda keçirilən prezident seçkisinin ilkin nəticələrinə görə, indiki dövlət başçısı Aleksandr Lukaşenko səslərin 80 faizə qədərini toplayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar