SON XƏBƏRLƏR

İranda zəlzələ olub

2021.10.20, 07:36
İranda zəlzələ olub

Gunaz.tv

GünAzTv: İranın cənubundakı Kirman vilayətində 6,5 bal gücündə zəlzələ olub. İran dövlət televiziyası 6 nəfərin öldüyü, 21 nəfərin yaralandığını açıqlayıb.

Televiziyanın xəbərində zəlzələdə evlərin və telefon xətlərinin zərər çəkdiyi bildirilib.

Fars Xəbər Agentliyi isə zəlzələnin Əfqanıstan-Pakistan sərhədindəki Sistan-Bəlucistan vilayətində də hiss edildiyini bildirib.

Agentlik Zahedan şəhərində bəzi insanların evlərini tərk etdiyini, zəlzələnin Bəm, Keş və İranşəhrdə də hiss edildiyini xəbər verib.

Digər məlumata görə, Kirman əyalətinin ostandarı İsmayıl Nəccar dekabrın 21-də jurnalistlərə açıqlamasında 1800 evin dağıldığını, 7 nəfərin həlak olduğunu, 31 nəfərin isə yaralandığını deyib: “Çahqəmbər, Təkseyfəddini, Sərzə kəndlərinin bütün əhalisi, Qriç bölgəsindəki Abgərm rayonunun tərəkəmə əhalisi dağıntılar altında qalıb. Zəlzələ Hormozqan və Sistan-Bəlucistan əyalətlərində də duyulub”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar