SON XƏBƏRLƏR

Milli Qəhrəman "Mübariz İbrahimov" dənizlərdə üzəcək

2021.10.20, 07:36
Milli Qəhrəman "Mübariz İbrahimov" dənizlərdə üzəcək

Gunaz.tv

GünAzTv: Mərasimdə Mübariz İbrahimovun atası Ağakərim İbrahimov çıxış edib: “Oğlumun adı artıq dənizlərdə yaşayacaq»

Azərbaycan əsilli iş adamı Mübariz Mənsimovun prezidenti olduğu ‘Palmali” Şirkətlər Qrupu tərəfindən Beşiktaş Dənizçilik Tərsanəsində tikdirilən “Mübariz İbrahimov” adlı neft tankeri dünən suya buraxılıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Azərbaycan Milli Qəhrəmanının adını daşıyan tankerin suya buraxılması ilə bağlı keçirilən mərasimə Mübariz Mənsimov, “Beşiktaş” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri İhsan Kalkavan, Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov və Mübariz İbrahimovun valideynləri qatılıblar. Mübariz İbrahimovun atası Ağakərim İbrahimov mərasimdə çıxış edib. O deyib ki, oğlu ilə qürur duyurlar, belə bir böyük gəmiyə övladlarının adının verilməsinə görə şaddırlar: “Oğlumun adı artıq dənizlərdə yaşayacaq». Neft tankeri daha sonra Ağakərim İbrahimov və Validə İbrahimova tərəfindən suya endirilib.Qeyd edək ki, “Palmali” Şirkətlər Qrupu və "Beşiktaş" (Beşiktaş Gemi İnsaat Anonim Şirketi, Türkiyə) şirkəti arasında 10 armada tipli tankerin inşası ilə bağlı müqavilə imzalanıb. Mübariz İbrahimovun adını daşıyan gəmi də həmin sifariş əsasında hazırlanıb.Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimov bu il iyun ayının 18-də cəbhənin Tərtər rayonunun Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək qəhrəmancasına şəhid olub. Ona ölümündən sonra Milli Qəhrəman adı verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar