SON XƏBƏRLƏR

İranda Tanınmış Kinorejissora 6 il həbs cəzası kəsildi

2021.10.20, 07:36
İranda Tanınmış Kinorejissora 6 il həbs cəzası kəsildi

Gunaz.tv

GünAzTv: Tanınmış iranlı kinorejissor Cəfər Pənahi  6 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə ona  20 il ərzində film çəkməyi və xaricə getməyi qadağan edib.

ETTELAAT əməkdaşları Pənahini bu il martın 2-nə keçən gecə evindən aparmışdılar. O, müxalif “yaşıl hərəkat” və onun liderlərindən olan Mirhüseyn Musəviyə dəstək verməkdə, 2009-cu ilin iyununda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə kütləvi etirazlarla bağlı sənədli film çəkməkdə günahlandırılsa da, mayın 25-də 200 min dollarlıq mülk girovu qarşılığında müvəqqəti sərbəst buraxılmışdı.Tehran məhkəməsi Pənahinin 20 il müddətinə kino fəaliyyətinə, ssenari yazmasına və ölkədən çıxmasına da qadağa qoyub. 49 yaşlı Cəfər Pənahi əslən azərbaycan kökənlidir. Onun filmləri Kann, Venesiya, Berlin, eləcə də Çikaqo festivallarının qalibi olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar