SON XƏBƏRLƏR

Belarusda qalmaqallı prezident seçkisi keçirilib

2021.10.20, 07:36
Belarusda qalmaqallı prezident seçkisi keçirilib

Gunaz.tv

GünAzTv: Şahidlər Belarus polisinin Minskin mərkəzində müxalifətin nümayişini dağıtdığını və müxalifət lideri Vladimir Neklayayevi döydüyünü bildirirlər.

GünAzTv mətbuat mərkəzinin VOA-ya istinadən yaydığı məlumata görə, Neklayayevin sözçüsü 64 yaşlı şairin baş nahiyəsindən zədələndiyi və huşsuz vəziyyətdə xəstəxanaya aparıldığını deyib.

Zorakılıq exit polların hazırkı prezident Aleksandr Lukaşenkonun bugünkü prezident seçkilərində qələbə çaldığını göstərməsindən sonra başlayıb. Onun səslərin təxminən 80 faizini aldığını bildirir. Nəticələr hökumətə məxsus araşdırma mərkəzi tərəfindən açıqlanıb.

Minlərlə müxalifət nümayəndəsi Minskin mərkəzində Oktyabr meydanında seçkilərə etirazını bildirmək üçün nümayiş keçirməyə çalışıb. Müxalifət səsvermənin geniş seçki pozuntuları ilə keçəcəyini qabaqcadan bildirmiıdi. Müxalifət liderləri dövlətə məxsus kütləvi informasiya vasitələrini 1994-cü ildən hakimiyyətdə olan prezident Lukaşenkonun arxasında durmaqda ittiham edirlər.

Belarusun Mərkəzi Seçki Komissiyasının rəsmiləri səsvermə hüququ olan 7 milyon seçicinin 80 faizinin səsvermədə iştirak edəcəyini proqnozlaşdırmışdı. 1994-cü ildən hakimiyyətdə olan Aleksandr Lukaşenkonun dördüncü müddətə prezident seçilmək üçün qələbə çalacağı gözlənilir. Axşam səsvermə məntəqələri bağlanan zaman paytaxt Minskin küçələrində polis müxalifərin planlaşdırdığı etiraz nümayişlərini dağıtmağa hazır vəziyyətdə olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar