SON XƏBƏRLƏR

İranda Görünməyən bahalıq dövrü başlayıb

2021.10.20, 07:36
İranda Görünməyən bahalıq dövrü başlayıb

Gunaz.tv

GünAzTv: Dekabrın 19-dan - İranda müxtəlif ərzaq mallarına, benzinə və digər mallara subsidiyalar ləğv olunandan paytaxt Tehranın, digər şəhərlərin əsas küçə və meydanları güclü polis nəzarətinə götürülüb.

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, İran prezidenti Mahmud Əhmədinejad dekabrın 18-də dövlət televiziyasında çıxış edərək bazar günündən subsidiyaların ləğv ediləcəyini xəbər verib. O, subsidiyaların ləğvinin əhalinin xeyrinə olacağını vurğulayaraq xalqı səbirli olmağa çağırıb. Əvvəlki çıxışlarında hər il müxtəlif mallara 100 milyard dollar subsidiya sərf olunduğunu bildirən Əhmədinejad hökumətin bunun öhdəsindən gəlmədiyini vurğulamışdı.

Subsidiyaların əvəzinə hökumət bundan sonra hər ay hər bir vətəndaşın hesabına 40 min tümən (təxminən 35 manat) kompensasiya yatızdırıacaq. Çörəyin qiymətinin 20 faiz artması müqabilində hər ay vətəndaşların hesabına ayrıca olaraq daha 4 min tümən (təxminən 3 manat) pul köçürüləcək.

Subsidiyaların ləğvi ilə müxtəlif ərzaq mallarının qiyməti artıb. Benzin 7 dəfə bahalaşıb.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar