SON XƏBƏRLƏR

İranda 11 nəfər asıldı

2021.10.20, 07:36
İranda 11 nəfər asıldı

Gunaz.tv

GünAzTv mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, İran sünni hərbiləşmiş qrupa mənsub olan 11 nəfərin asılmaqla edam edildiyini bildirib.

 

Tehran rəsmiləri xəbər veriblər ki, bu 11 nəfər Jundullah qrupunun üzvü idi və onlar ötən həftə 40 nəfərə qədər insanın həyatına bais olmuş intiharçı bomba partlayışı ilə bağlı edam olunublar.

 

Xəbər verildiyinə görə, bu qrup Sistan-Bəluçistan əyalətindəki Çabahar məntəqəsində bomba partlayışı törətdiyini etiraf edib.

 

Jundullah təşkilatı İranda uzun müddətdir ki, davam edən üsyan hərəkatında iştirak edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar