SON XƏBƏRLƏR

Milli Qiyam (xordad hadisələri) barədə kitabça yayılıb

2021.10.20, 07:36
Milli Qiyam (xordad hadisələri) barədə kitabça yayılıb

Gunaz.tv

GünAzTv: Təbrizin Pedaqoji universitetində (Daneşqahe Tərbiyyəte Müəllim) “Azərbaycan millətinin May ayındakı (xordad ayı) qiyamının səbəb və nəticələri”nə dair kitabça yayılıb.

 

Bu kitabçada İran qəzetində dərc edilmiş karikaturdan dolayı yaranan 2006-ci il may ayı hadisələri (1385-ci il xordad ayı) barədə geniş məlumat dərc edilib.

 

GünAzTv mətbuat mərkəzinin “Təbriz Səsi”-nə istinadən yaydığı məlumata görə, kitabçanın bir hissəsində belə qeyd olunub:

 

“May ayı (xordad) Milli Qiyamdan sonra Azərbaycan xalqı daha çox düzənli şəkildə hərəkət edib və Güney Azərbaycan Milli Hərəkatı daha çox gündəmə gəlib. Keçmiş illərdəki gizli fəaliyyətlər, “Traxtur” futbol taxımının (Tim) yarışlarındakı Milli səhnələr, aperlin 2-də (13 fərvərdin) Urmu Gölü Yığıncağı və ... bunlar hamısı qeyd etdiyimiz iddianın sübutudur.

 

Azərbaycan xalqından gözlənilir ki, bu vəziyyəti dəyişmək üçün və Milli Qiyamın şəhidlərinin pak qanı xətirinə var gücləri ilə milli-mədəni mübarizələrini davam etdirsinlər.”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar