SON XƏBƏRLƏR

“Traxtur-Rah ahən” müsabiqəsində tutulanlar var

2021.10.20, 07:36
“Traxtur-Rah ahən” müsabiqəsində tutulanlar var

Gunaz.tv

GünAzTv: Dünən Tehranın təxti stadyomunda (stadion) Təbrizin “Traxtur” futbol taxımı (Tim) ilə Tehranın “Rah ahən” taxımı arasında keçirilən müsabiqə Polisin ciddi kontrolu altında keçirilib.

 

Polis əməkdaşlarının tamaşaçılardan daha çox olduğu deyilən müsabiqədə “Traxtur” tərəfdarlarına xüsusi təzyiq və təhdidlər olub.

 

Polis əməkdaşları milli şüar səsləndirən və bozqurd işarəsi göstərən soydaşlarımıza hücum edib onlardan bir neçəsini yaxalayıb. Hələlik tutuqlanan soydaşlarımızın kimliyi ilə bağlı heç bir məlumat yoxdur.

 

Həmçinin soydaşlarımız tərəfindən yazılan plakatlarda Polis əməkdaşları tərəfindən alınıb.

 

Sözü gedən Müsabiqə (1 – 0) nəticəsi ilə “Traxtur”un xeyirinə yekunlaşıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar