SON XƏBƏRLƏR

Ayət Mehrəlibəyli və Lətif Həsəni Təbriz zindanının özəl bölümünə köçürülüblər

2021.10.20, 07:36
Ayət Mehrəlibəyli və Lətif Həsəni Təbriz zindanının özəl bölümünə köçürülüblər

Gunaz.tv

GünAzTv: Azərbaycanlı fəallar Ayət (Yürüş) Mehrəlibəyli və Doktor Lətif Həsəni (Araz Qarabağlı) Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanasından Təbriz zindanının özəl bölümünə (Bənd) köçürülüblər.

 

Adını çəkdiyimiz fəalların ailələri onların 2010-cu il dekabr ayının 14-də (Azər ayının 23-ü) Təbriz zindanına köçürüldükləri barədə məlumat veriblər. Məhbusların ailələri müxtəlif səlahiyyətli orqanlara müraciət edərək onların köçürülməsinə nail olublar.

 

Xatırladaq ki, cənab Həsən Lətifi 2010-cu il may ayının 24-də (1389-cu il xordadın ayının 3-ü) Kərəcdə yaxalanıb və Təbrizin ETTELAAT idarəsinə aparılıb.

 

Cənab Ayət Mehrəlibəyli isə 2010-cu il may ayının 10-da (1389-cu il ordibeheşt ayının 20-i) Sofiyanda yaxalanıb və Təbrizin ETTELAAT idarəsinə aparılıb.

 

Hər iki milli-mədəni fəal bundan öncədə dəfələrlə ETTELAATın təzyiqinə və tutuqlamalara məruz qalıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar