SON XƏBƏRLƏR

Hillari Klinton təəssüfləndi

2021.10.20, 07:36
Hillari Klinton təəssüfləndi

Gunaz.tv

GünAzTv: Dekabrın 15-də ABŞ (Amerika Birləşmiş Ştatları) dövlət katibi Hillari Klinton Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

Azərbaycan prezidentinin internet saytında yerləşdirilmiş məlumata əsasən, "telefon danışığı zamanı xanım Klinton “Wikileaks” saytı vasitəsilə Azərbaycan haqqında yayılan məlumatlarla bağlı dərin təəssüfünü bildirərək, Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasını özünün mühüm strateji tərəfdaşı hesab etdiyini və Azərbaycan ilə münasibətlərini bundan sonra da inkişaf etdirmək əzmində olduğunu" vurğulayıb.

TURAN agentliyi isə xəbər verir ki, Vaşinqtonda keçirilən brifinqdə Dövlət Departamentinin mətbuat katibi Filip Krouli bildirib ki, Klinton Əliyevlə “strateji tərəfdaşlığa dair bəzi məsələləri” müzakirə edib.

TURANa əsasən, eyni zamanda o, “Wikileaks” saytında dərc olunmuş məlumatlarla bağlı təəssüfləndiyini bildirib.

İlham Əliyevin Klintonun təəssüf hissinə münasibəti ilə bağlı sualın cavabında Krouli deyib ki, Əliyev bildirib ki, “bu cür sızmalar iki ölkə arasındakı uzunmüddətli əməkdaşlığa təsir göstərməyəcək”.

“Azərbaycan ABŞ üçün əsas tərəfdaş olaraq qalır”, - Krouli əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar