SON XƏBƏRLƏR

Moskvada yeni toqquşmalar gözlənilir

2021.10.20, 07:36
Moskvada yeni toqquşmalar gözlənilir

Gunaz.tv

GünAzTv: Rusiyada etnik gərginliyin yeni dalğası başlayır. Millətçilər və Qafqaz əsilli şəxslər bu gün "Ostankino" teleqülləsi yaxınlığına toplaşacaqlar.

Moskvada rus millətçi gəncləri və Qafqaz əsilli şəxslər arasında növbəti qarşıdurma bu gün gözlənilir. Lent.az-ın "Rosbalt" agentliyinə istinadən verdiyi məlumata görə, radikal əhval-ruhiyyəli gənclər hesablaşmaq üçün dekabrın 18-də saat 15:00-da "Ostankino" teleqülləsinin yanına toplaşacaqlar.    Bu xəbər yayıldıqdan sonra Moskva meri Sergey Sobyanin şəhərdə nəzarətin gücləndirilməsi üçün Daxili İşlər Nazirliyinə müraciət edib. Eyni zamanda meriya məmurlarına diaspor qurumları ilə profilaktiki iş aparmaq tapşırıb.    Milli zəmində toqquşmalar artıq məktəblərə də keçib. Dünən 13 saylı məktəbdə əslən qafqazlı olan bir şagird bıçaqlanıb. 9-cu sinif şagirdi Tamerlan Saraliyev çoxsaylı bıçaq yaraları ilə Mərkəzi Şəhər Xəstəxanasına gətirilib. Hadisənin təfərrüatları araşdırılır. Milli zəmində toqquşmaların qurbanları arasında Özbəkistan, Qırğızıstan və Vyetnam vətəndaşları da var.Xatırladaq ki, dekabrın 11-də Manej meydanında kütləvi qarşıdurma olub. Bir müddət əvvəl Kabarda-Balkar Respublikası vətəndaşı tərəfindən öldürüldüyü bildirilən "Spartak" futbol klubunun azarkeşi Yeqor Sviridovun xatirəsinə həsr olunmuş aksiya etnik xarakter alıb. Aksiya iştirakçıları millətçi xarakterli şüarlar səsləndirib, hüquq-mühafizə orqanları ilə qarşıdurmaya gediblər. 40 nəfər, o cümlədən milis əməkdaşları yaralanıb. 7 nəfər xəstəxanada yerləşdirilib. 80 nəfər saxlanılıb, 10-dan çox cinayət işi açılıb.      Dekabrın 15-də isə axşam saatlarında rus millətçi gəncləri və Qafqaz əsilli şəxslər arasında baş verən qarşıdurmalar, iğtişaşlar Moskvanın mərkəzində qarışıqlığa yol açıb, 1700 nəfər saxlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar