SON XƏBƏRLƏR

15 dekabr terror ilə bağlı yeni açıqlama

2021.10.20, 07:36
15 dekabr terror ilə bağlı yeni açıqlama

Gunaz.tv

GünAzTv: ETTELAAT-dan İranın Sistan-Bəlucistan əyalətinin Çabahar şəhərindəki şiə məscidi qarşısında törədilən terror aktında şübhəli bilinən daha 8 nəfərin tutulduğu açıqlanıb.

Dekabrın 15-də sünni məzhəbli iki kamikadzenin şiə məscidi qarşısında törətdiyi partlayışlarda 39 nəfər ölüb, 90 nəfərdən çox insan ağır yaralanıb. İran mənbələri üçüncü kamikadzenin özünü partlatmağa cəhd göstərərkən güllələndiyini, dördüncüsünün isə sərhəddə Pakistan ərazisinə keçmək istəyəndə yaxalandığını bildirmişdilər.

GünAzTv mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, ETTELAAT-ın adının çəkilməsini istəməyən rəsmisi dekabrın 17-də jurnalistlərə açıqlamasında deyib: “Bu gün səhər Çabahar, Nikşəhr və Kenarək şəhərlərində terror hadisəsi ilə bağlı daha 8 nəfər tutulub”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar