SON XƏBƏRLƏR

Urmu Gölü və Hüseyn Nəsiridən bəhs edən CD-lər yayılıb

2021.10.20, 07:36
Urmu Gölü və Hüseyn Nəsiridən bəhs edən CD-lər yayılıb

Gunaz.tv

GünAzTv: “21 Azər” (Azərbaycan Milli Hökumətinin qurulması günü) günün 65-ci ildönümü münasibə ilə Güney Azərbaycanda CD-lər tənzimlənib və yayılıb.

 

CD-lərdə Urmu Gölünün quruması, 2010-cu il aprel ayının 2-də (1389-cu il fərvərdin ayının 13-ü) keçirilən Urmu Gölü Yığıncağı, Urmu Gölünü qurumaqdan nicat vermək üçün müxtəlif ölkələrdə keçirilən aksiyalar, “Traxtur” futbol taxımının (Tim) yarışlarındakı səhnələr və Urmu Gölü Yığıncağında Hüseyn Nəsirinin yaxalanması kimi görüntülər yerləşdirilib.

 

Həmçinin CD-lərdə Azərbaycan Milli Hökumətinin ünlü şəxsiyyətlərinin təsvirləri, 2006-ci ilin may (xordad) hadisələri, Azərbaycam Marşı, Ay-Ulduz və ... kimi  mövzular barədə məlumat verilib və təsvirə çəkilib.

 

Sözü gedən CD-lər Məhərrəm ayı günlərində Azərbaycanın müxtəlif şəhərlərində soydaşlarımız arasında yayılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar